12px13px15px17px
Tarix:29/09/14

ABŞ əsas spam mənbəyidir

"Kasperski Laboratoriyası"nın məlumatına əsasən, ABŞ avqustda elektron poçt üzrə spam mənbəyi ölkələrinin reytinqində birinci yerini (15.9%) saxlayıb.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ikinci və üçüncü yerlərdə Rusiya (6%) və Çin (4,7%) ölkələri qərarlaşıb. Ukrayna ilk beşliyi tərk edərək 2,9% göstərici ilə səkkizinci olub. Vyetnam dördüncü (4,7%),  Argentina beşinci (4,4%) olub.

Məlumata əsasən, avqustda spamerlər həmişəki kimi siyasi hadisələr və məşhur insanların adlarından istifadə ediblər.  Yeni fırıldaqlara məhkəmə instansiyaları adından saxta xəbərdarlıqların köməyi ilə zərərli proqramların yayılmasını göstərmək olar.

Ümumilikdə qlobal trafik üzrə spamın payı iyulla müqayisədə artaraq 67,2% olub.


Emil Hüseynov



Baxış sayı: 1143

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024