Tarix:02/10/14
Sazişə əsasən, “Kasperski laboratoriyası” İnterpolun Sinqapurdakı yüksək texnologiyalar sahəsində cinayətlərin təhqiqatı ilə məşğul olan xüsusi bölməsinə məhsullarını və rəyini təqdim edəcək.
Bundan başqa, Avropa İttifaqının (Aİ) “Avropol” Polis Xidməti yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) direktoru Trols Ortinq ilə memorandum imzalanıb. Sənəd şirkət və Aİ-nin hüquq-mühafizə təşkilatı arasında sıx əməkdaşlıq üçün əsas olacaq.
“Kasperski laboratoriyası” İnterpol ilə 2013-cü ilin aprelindən əməkdaşlıq edir. Yeni saziş çərçivəsində şirkət təhdidlərin aşkar edilməsi üzrə xidmətlərini və rəyini, eləcə də İnterpolun xüsusi bölməsinin rəqəmli kriminalistika laboratoriyasının yaradılması və yeni təsis edilmiş mərkəzin digər funksiyalarının dəstəklənməsi üçün texnoloji bazasını təqdim edəcək. “Kasperski laboratoriyası” həmçinin İnterpol zabitləri üçün zərərli proqramların təhlili məsələlərində öz rəyini bildirmək, rəqəmli izlərin və sübutların aşkarlanması, eləcə də maliyyə təhdidlərinin öyrənilməsi məqsədilə treninqlər keçirir. Bundan əlavə, şirkətin aparıcı antivirus analitiklərindən biri İnterpolun xüsusi bölməsinin müvəqqəti sərəncamına veriləcək, - "Computerworld ” yazır.
“Kasperski laboratoriyası” Avropanın hüquq-mühafizə orqanlarına məhsullarını və rəyini təqdim edəcək
“Kasperski laboratoriyası” şirkətinin rəhbəri Yevgeni Kasperski və İnterpolun baş katibi Ronald Noubl arasında saziş imzalanıb.Sazişə əsasən, “Kasperski laboratoriyası” İnterpolun Sinqapurdakı yüksək texnologiyalar sahəsində cinayətlərin təhqiqatı ilə məşğul olan xüsusi bölməsinə məhsullarını və rəyini təqdim edəcək.
Bundan başqa, Avropa İttifaqının (Aİ) “Avropol” Polis Xidməti yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) direktoru Trols Ortinq ilə memorandum imzalanıb. Sənəd şirkət və Aİ-nin hüquq-mühafizə təşkilatı arasında sıx əməkdaşlıq üçün əsas olacaq.
“Kasperski laboratoriyası” İnterpol ilə 2013-cü ilin aprelindən əməkdaşlıq edir. Yeni saziş çərçivəsində şirkət təhdidlərin aşkar edilməsi üzrə xidmətlərini və rəyini, eləcə də İnterpolun xüsusi bölməsinin rəqəmli kriminalistika laboratoriyasının yaradılması və yeni təsis edilmiş mərkəzin digər funksiyalarının dəstəklənməsi üçün texnoloji bazasını təqdim edəcək. “Kasperski laboratoriyası” həmçinin İnterpol zabitləri üçün zərərli proqramların təhlili məsələlərində öz rəyini bildirmək, rəqəmli izlərin və sübutların aşkarlanması, eləcə də maliyyə təhdidlərinin öyrənilməsi məqsədilə treninqlər keçirir. Bundan əlavə, şirkətin aparıcı antivirus analitiklərindən biri İnterpolun xüsusi bölməsinin müvəqqəti sərəncamına veriləcək, - "Computerworld ” yazır.
Baxış sayı: 1476
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir