Tarix:03/10/14
Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Elektron hökumət”in inkişafında maarifləndirmənin əhəmiyyətini qeyd edib.
“Elektron hökumətin formalaşmasında bu mövzuya həsr olunmuş maraqlı və əhatəli məqalələrin yazılması, videosüjetlərin hazırlanması böyük əhəmiyyət kəsb edir, buna görə də kütləvi informasiya vasitələrinin bu maarifləndirmə prosesində rolu əvəzedilməzdir. Bu gün elan etdiyimiz müsabiqənin əsas məqsədlərindən biri də bu cür məqalələrin və süjetlərin sayının artırılmasını təşviq etmək və nəticə olaraq əhaliyə mövcud olan elektron dövlət xidmətləri haqda ətraflı məlumat təqdim etməkdir”, - deyə nazir müavini qeyd edib.
Məlumat Hesablama Mərkəzinin rəhbəri Nail Mərdanov öz növbəsində qeyd edib ki, ötən il bu mövzuda keçirilmiş müsabiqəyə 100-dən çox məqalə təqdim edilib.
“Bu müsabiqənin məqsədlərindən biri həmçinin əhali arasında tələbat olan elektron dövlət xidmətlərini müəyyən etməkdir. Ötən il biz ictimaiyyətin rəyini öyrənərək 36 tələbat doğuran elektron dövlət xidməti yaratdıq və portal inteqrasiya etdik. Hazırda ölkədə portala daxil olaraq 5 milyon nəfər artıq elektron dövlət xidmətlərindən istifadə edib”, - deyə N. Mərdanov bildirib.
Qeyd edək ki, müsabiqə noyabrın 10-dək davam edəcək və iki nominasiya üzrə keçiriləcək: “Ən yaxşı məqalə” və “Ən yaxşı videomaterial”.
Müsabiqə “Elektron hökumət nədir?”, “Elektron hökumət portalına nə üçün ehtiyacımız var?”, “Ölkəmizdə Elektron hökumət necə fəaliyyət göstərir?”, “Elektron hökumətin cəmiyyət üçün faydaları” mövzularını əhatə edir.
Müsabiqədə 18 yaşından yuxarı şəxslər iştirak edə bilərlər. Hər bir iştirakçı yalnız bir material təqdim edə bilər, videomaterialın həcmi 1-5 dəqiqə, məqalənin isə 8 -14 min simvol olmalıdır. Müsabiqə dil və janr məhdudiyyəti nəzərdə tutmur.
Materiallar “musabiqa@rabita.az” elektron poçt ünvanına göndərilməlidir.
Müsabiqədə nominasiyalar üzrə birinci yeri tutmuş qaliblərə 2500 manat, ikinci yeri tutmuş qaliblərə 1500 manat pul mükafatı, üçüncü yeri tutmuş qaliblərə isə noutbuk hədiyyə ediləcək.
Müsabiqə haqda ətraflı məlumatı “www.e-gov.az” internet resursundan və ya 157, (012) 598 42 71 telefon nömrəsindən almaq olar.
Aynur Vəliyeva
Azərbaycanda KİV üçün “Elektron hökumət” - mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda müsabiqə elan edilib
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi bu gün “Azərbaycanda “Elektron hökumət” - mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda publisistik məqalə və videosüjet müsabiqəsinin başlanmasını elan edib.Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Elektron hökumət”in inkişafında maarifləndirmənin əhəmiyyətini qeyd edib.
“Elektron hökumətin formalaşmasında bu mövzuya həsr olunmuş maraqlı və əhatəli məqalələrin yazılması, videosüjetlərin hazırlanması böyük əhəmiyyət kəsb edir, buna görə də kütləvi informasiya vasitələrinin bu maarifləndirmə prosesində rolu əvəzedilməzdir. Bu gün elan etdiyimiz müsabiqənin əsas məqsədlərindən biri də bu cür məqalələrin və süjetlərin sayının artırılmasını təşviq etmək və nəticə olaraq əhaliyə mövcud olan elektron dövlət xidmətləri haqda ətraflı məlumat təqdim etməkdir”, - deyə nazir müavini qeyd edib.
Məlumat Hesablama Mərkəzinin rəhbəri Nail Mərdanov öz növbəsində qeyd edib ki, ötən il bu mövzuda keçirilmiş müsabiqəyə 100-dən çox məqalə təqdim edilib.
“Bu müsabiqənin məqsədlərindən biri həmçinin əhali arasında tələbat olan elektron dövlət xidmətlərini müəyyən etməkdir. Ötən il biz ictimaiyyətin rəyini öyrənərək 36 tələbat doğuran elektron dövlət xidməti yaratdıq və portal inteqrasiya etdik. Hazırda ölkədə portala daxil olaraq 5 milyon nəfər artıq elektron dövlət xidmətlərindən istifadə edib”, - deyə N. Mərdanov bildirib.
Qeyd edək ki, müsabiqə noyabrın 10-dək davam edəcək və iki nominasiya üzrə keçiriləcək: “Ən yaxşı məqalə” və “Ən yaxşı videomaterial”.
Müsabiqə “Elektron hökumət nədir?”, “Elektron hökumət portalına nə üçün ehtiyacımız var?”, “Ölkəmizdə Elektron hökumət necə fəaliyyət göstərir?”, “Elektron hökumətin cəmiyyət üçün faydaları” mövzularını əhatə edir.
Müsabiqədə 18 yaşından yuxarı şəxslər iştirak edə bilərlər. Hər bir iştirakçı yalnız bir material təqdim edə bilər, videomaterialın həcmi 1-5 dəqiqə, məqalənin isə 8 -14 min simvol olmalıdır. Müsabiqə dil və janr məhdudiyyəti nəzərdə tutmur.
Materiallar “musabiqa@rabita.az” elektron poçt ünvanına göndərilməlidir.
Müsabiqədə nominasiyalar üzrə birinci yeri tutmuş qaliblərə 2500 manat, ikinci yeri tutmuş qaliblərə 1500 manat pul mükafatı, üçüncü yeri tutmuş qaliblərə isə noutbuk hədiyyə ediləcək.
Müsabiqə haqda ətraflı məlumatı “www.e-gov.az” internet resursundan və ya 157, (012) 598 42 71 telefon nömrəsindən almaq olar.
Aynur Vəliyeva
Baxış sayı: 2019
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı