Tarix:13/10/14
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, kibertəhlükəsizlik üzrə tədqiqatçılar troyanın birinci versiyasını (“Selfmite.a”) yayda aşkar ediblər. Virus “qurban”ın ünvan kitabçasında ilk 20 kontakta zərərli kodu özündə saxlayan APK-quraşdırıcıya istinad göndərib. Virusun yeni forması “Selfmite.b” bütün kontaktlara minlərlə SMS göndərir, “AdaptiveMobile” şirkətindən bildirilib.
“AdaptiveMobile”in analitiki Denis Maslennikovun qiymətləndirməsinə görə, “Selfmite.b” virusun birinci versiyası ilə müqayisədə yüz dəfə daha çox trafik yaradır.
Bir qurğudan orta hesabla 1500 mesaj göndərilir. Bu, tarif planı qeyri-məhdud SMS dəstəkləməyən istifadəçilərə baha otura bilər. Bundan başqa, bəzi operatorlar abunəçinin nömrəsini spama görə həmişəlik bloklaya bilər. “Selfmite.a” virusu, əsasən Şimali Amerika istifadəçilərinə hədəflənmişdisə, “Selfmite.b” ən azı 16 ölkədə istifadəçilərin “Android” qurğularında aşkarlanıb.
Emil Hüseynov
Yeni SMS virus “Android” istifadəçiləri üçün təhlükə yaradır
Şəbəkədə iyunda aşkar edilmiş “Selfmite” SMS virusunun yeni versiyası peyda olub. Sistemə düşdükdən sonra minlərlə mesaj göndərən virus artıq 16 ölkənin istifadəçilərinin “Android” qurğularını yoluxdurub."ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, kibertəhlükəsizlik üzrə tədqiqatçılar troyanın birinci versiyasını (“Selfmite.a”) yayda aşkar ediblər. Virus “qurban”ın ünvan kitabçasında ilk 20 kontakta zərərli kodu özündə saxlayan APK-quraşdırıcıya istinad göndərib. Virusun yeni forması “Selfmite.b” bütün kontaktlara minlərlə SMS göndərir, “AdaptiveMobile” şirkətindən bildirilib.
“AdaptiveMobile”in analitiki Denis Maslennikovun qiymətləndirməsinə görə, “Selfmite.b” virusun birinci versiyası ilə müqayisədə yüz dəfə daha çox trafik yaradır.
Bir qurğudan orta hesabla 1500 mesaj göndərilir. Bu, tarif planı qeyri-məhdud SMS dəstəkləməyən istifadəçilərə baha otura bilər. Bundan başqa, bəzi operatorlar abunəçinin nömrəsini spama görə həmişəlik bloklaya bilər. “Selfmite.a” virusu, əsasən Şimali Amerika istifadəçilərinə hədəflənmişdisə, “Selfmite.b” ən azı 16 ölkədə istifadəçilərin “Android” qurğularında aşkarlanıb.
Emil Hüseynov
Baxış sayı: 942
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir