Tarix:27/10/14
Hazırda istifadəçilərin daha çox mobil qurğulara üstünlük verməsinə baxmayaraq hücumların əksəriyyəti hələ də stasionar kompüterlərə qarşı həyata keçirilir. Belə ki, bütün insidentlərin 42 faizi fərdi kompüterlərin payına düşdüyü halda smartfonlarda bu göstərici 18 faiz təşkil edir. Digər hücumlar planşet və stasionar telefonlara qarşı edilir.
Maraqlıdır ki, hazırda smartfon istifadəçiləri fərdi məlumatların təhlükəsizliyinin təmini üzrə aktiv addımlar atırlar. Belə ki, 2012-ci ildə sorğu iştirakçılarının yalnız 25 faizi bildirib ki, məxfiliyin mühafizəsi haqqında söhbət düşəndə təhlükəsizlik tədbirləri görür. Cari ildə bu göstərici 73 faizədək artıb.
Virtual dünyada bəzən realı qeyri-realdan ayırmaq çətin olsa da, “Microsoft” istifadəçilərə məxfi informasiyanın mühafizəsi ilə bağlı bir sıra tövsiyələr verib. Bunlar aşağıda qeyd olunanlardır:
Amerikalıların 40 faizi hər gün fərdi məlumatların oğurlanması cəhdi ilə qarşılaşır
“Microsoft” korporasiyası tərəfindən aparılan yeni tədqiqatın nəticələrinə görə, amerikalıların 40 faizi hər həftə və ya hər gün üçüncü tərəfin fərdi məlumatları oğurlamasına səy göstərməsi halları ilə qarşılaşır.Hazırda istifadəçilərin daha çox mobil qurğulara üstünlük verməsinə baxmayaraq hücumların əksəriyyəti hələ də stasionar kompüterlərə qarşı həyata keçirilir. Belə ki, bütün insidentlərin 42 faizi fərdi kompüterlərin payına düşdüyü halda smartfonlarda bu göstərici 18 faiz təşkil edir. Digər hücumlar planşet və stasionar telefonlara qarşı edilir.
Maraqlıdır ki, hazırda smartfon istifadəçiləri fərdi məlumatların təhlükəsizliyinin təmini üzrə aktiv addımlar atırlar. Belə ki, 2012-ci ildə sorğu iştirakçılarının yalnız 25 faizi bildirib ki, məxfiliyin mühafizəsi haqqında söhbət düşəndə təhlükəsizlik tədbirləri görür. Cari ildə bu göstərici 73 faizədək artıb.
Virtual dünyada bəzən realı qeyri-realdan ayırmaq çətin olsa da, “Microsoft” istifadəçilərə məxfi informasiyanın mühafizəsi ilə bağlı bir sıra tövsiyələr verib. Bunlar aşağıda qeyd olunanlardır:
- Fərdi məlumatlara çox diqqətlə yanaşmaq və onlar barədə elektron məktublarda və ya mətnli bildirişlərdə bildirməmək.
- Yalnız sətri hərflər və baş hərflərdən, rəqəm və simvollardan istifadə etməklə etibarlı parollar yaratmaq. Parolu heç kimə deməmək.
- Bank hesabının balansının dəyişməsinə mütəmadi nəzarət etmək.
- Qurğunun yenilənməsini mütəmadi quraşdırmaqla və qanuni aintivirus həllərindən istifadə etməklə onun təhlükəsizliyini dəstəkləmək, - “SecurityLab www.securitylab.ru” yazır.
Baxış sayı: 802
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir