12px13px15px17px
Tarix:13/11/14

Elektron Təhlükəsizlik Mərkəzi valideynlərə uşaqların internetdə təhlükəsizliyi məsələsinə yanaşmanı dəyişməyə çağırır

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzinin mütəxəssisləri uşaqların internetdə təhlükəsizliyi məsələsinə yenidən baxmağa çağırıb.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, ETM-in mütəxəssisləri valideynlərə uşaqlarına bu və ya digər saytı və oyunu qadağa etmək və ya  “black list” yaratmaq yerinə “white list” yaratmağı tövsiyə edir.
 
“Bir çox valideynlər uşaqlarına internetdən istifadəni, bəzi saytlara daxil olmağı və oyunları qadağa edirlər. Bizim müşahidələrimiz göstərib ki, bu, düzgün yanaşma deyil və əksinə, uşaqlarda bu kontentə marağı artırır. Valideynlər qadağalar əvəzinə uşaqları üçün xeyirli kontent daşıyıcısı olan saytların siyahısını onlar üçün açıq etməlidirlər ki, diqqətləri düzgün istiqamətə yönəldilsin”, - deyə   mütəxəssislər bildiriblər.
 
Qeyd edək ki, hazırda ölkənin orta məktəblərində İT təhlükəsizlik sahəsində maarifləndirmə məqsədi ilə dərslər keçirilir. Mərkəz bununla yanaşı, uşaqların maarifləndirilməsi üçün videoçarxlar yaratmağı lazım bilir.
 
Aynur Vəliyeva



Baxış sayı: 729

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024