12px13px15px17px
Tarix:13/11/14

Ekspertlər 2015-ci il üzrə kibertəhlükələri proqnozlaşdırıblar

“Trend Micro Incorporated” şirkəti 2015-ci il üzrə informasiya təhlükəsizliyi ilə bağlı proqnozlardan ibarət illik hesabatını təqdim edib.

Şirkətin ekspertləri kibertəhlükə sahəsində yeddi əsas istiqamət qeyd ediblər.
Daha çox kibercinayətkar kriminal profilli proqram təminatının satışı və mübadiləsi üçün bağlı forum, birja və gizli şəbəkələrdən istifadə edəcək.

Qurğuların virusa yoluxmasında böyük rol mobil boşluqların payına düşəcək. “Android” platformasına hədəflənmiş yeni viruslar geniş yayılacaq.

Məqsədyönlü hücumlar kibercinayətkarlığın ən geniş yayılmış növü olacaq.
Yeni mobil ödəmə metodları yeni təhlükələrin yaranması ilə nəticələnəcək.
Açıq kodlu proqramlardakı boşluqlardan daha aktiv istifadə ediləcək.

İstifadəçi məlumatlarının emalı mərkəzlərinə kütləvi hücumlar ediləcək.
Onlayn bankçılıq və başqa maliyyə xidmətləri üçün yeni təhlükələr meydana çıxacaq.

Emil Hüseynov
 

 
 



Baxış sayı: 808

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024