12px13px15px17px
Tarix:14/11/14

“Incapsula”: “DDoS” hücumlardan dəymiş zərərin həcmi saatda 40 min dollar təşkil edir

ABŞ-ın 270 şirkətinin işçiləri arasında sorğu keçirmiş ekspertlər “DDoS” hücumların nəticələri haqda təsəvvür əldə ediblər.
 
"ICTnews" elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, “Incapsula” mütəxəssisləri tərəfindən keçirilmiş tədqiqata əsasən, “DDoS” hücumlar hədəf təşkilatlara ciddi maliyyə zərəri vurur. ABŞ-ın 270 təşkilatında çalışan sistem administratorları, təhlükəsizlik xidmətinin əməkdaşları, şəbəkə arxitekturları, veb-saytların işçiləri və tərtibatçıları arasında sorğu aparmış ekspertlər belə qərara gəliblər.
 
“Incapsula” şirkətinin məlumatına görə, respondentlərin 45%-i bildirib ki, onların işlədikləri təşkilatların saytına “DDoS” hücumlar edilib. Tədqiqata əsasən, “DDoS” hücumlara görə təşkilatlara dəymiş zərərin həcmi saatda orta hesabla 40 min dollara bərabərdir. Bununla belə, bir saatda şirkətin 100 mindən çox gəlir itirdiyi hadisələr də məlumdur. “DDoS” hücumların 49%-nin 6-24 saat davam etdiyini nəzərə alsaq, bir “DDoS” hücumdan orta zərər 500 min dollara bərabərdir.
 
“DDoS” hücumların “qurban”ı olmuş təşkilatlar gələcəkdə müştəri etibarının, müştərilər haqda məlumatların və əqli mülkiyyətin itkisi ilə üz-üzə qalıblar. “DDoS” hücumlardan zərərçəkmiş təşkilatların çoxu server proqram təminatını və avadanlığı yeniləyib.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 712

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024