Tarix:19/11/14
“KPMG” auditor şirkətinin məlumatına görə, son zamanlar Böyük Britaniyanın biznesi tez-tez kibertəhdidlərə məruz qalır. Son tədqiqata əsasən, bu kiberhücumlara qarşı mübarizə aparmaq üçün Britaniya şirkətlərinin əksəriyyəti keçmiş hakerləri işə götürmək niyyətindədir.
"ICTnews" elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, “KPMG” analitikləri İT və HR sahəsində çalışan 300 mütəxəssis arasında sorğu keçirib. Respondentlərin 75%-i etiraf edir ki, hazırda şirkətlər kibertəhdidlərlə bağlı yeni problemlərlə rastlaşır və 70%-i hesab edir ki, onların təşkilatlarında məlumatların mühafizəsi kifayət qədər yaxşı təşkil olunmayıb.
Respondentlərin 57%-i lazımlı bilik və bacarıqlara malik ekspertlərin işə qəbulu ilə bağlı çətinlikləri qeyd edib. Maraqlıdır ki, şirkətlərin 52%-i kiberməkanda texnologiyaların inkişafına çatmaq üçün keçmiş kibercinayətkarları işə qəbul etmək niyyətindədir. Respondentlərin 53%-i hakerlərin xidmətindən istifadə barəsində düşünür.
Emil Hüseynov
Britaniya şirkətləri haker və kibercinayətkarları işə götürməyə hazırdır
Tədqiqatlar göstərir ki, Britaniya şirkətləri tez-tez kibertəhdidlərə məruz qalır.“KPMG” auditor şirkətinin məlumatına görə, son zamanlar Böyük Britaniyanın biznesi tez-tez kibertəhdidlərə məruz qalır. Son tədqiqata əsasən, bu kiberhücumlara qarşı mübarizə aparmaq üçün Britaniya şirkətlərinin əksəriyyəti keçmiş hakerləri işə götürmək niyyətindədir.
"ICTnews" elektron xəbər xidməti “securitylab.ru” saytına istinadən bildirir ki, “KPMG” analitikləri İT və HR sahəsində çalışan 300 mütəxəssis arasında sorğu keçirib. Respondentlərin 75%-i etiraf edir ki, hazırda şirkətlər kibertəhdidlərlə bağlı yeni problemlərlə rastlaşır və 70%-i hesab edir ki, onların təşkilatlarında məlumatların mühafizəsi kifayət qədər yaxşı təşkil olunmayıb.
Respondentlərin 57%-i lazımlı bilik və bacarıqlara malik ekspertlərin işə qəbulu ilə bağlı çətinlikləri qeyd edib. Maraqlıdır ki, şirkətlərin 52%-i kiberməkanda texnologiyaların inkişafına çatmaq üçün keçmiş kibercinayətkarları işə qəbul etmək niyyətindədir. Respondentlərin 53%-i hakerlərin xidmətindən istifadə barəsində düşünür.
Emil Hüseynov
Baxış sayı: 725
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir