12px13px15px17px
Tarix:21/11/14

Mobil bank troyanlarının sayı sürətlə artır

"Kasperski laboratoriyası" 2014-cü ilin üçüncü rübünün nəticəsinə görə kompüter və mobil zərərli proqramların aktivlik üzrə təhlilinin nəticələrini açıqlayıb.
 
Məlumata görə, rusiyalı istifadəçilər internet üzərindən virusa yoluxma riskinə daha çox məruz qalıblar. Bu halda yerli istifadəçilərə edilmiş hər üçüncü hücum ABŞ-da yerləşən zərərli veb-resurslardan istifadəyə əsaslanıb. Dünyada ötən rüb orta hesabla internet istifadəçiləri kompüterlərinin 29,5%-i ən azı bir dəfə veb-hücuma məruz qalıb.
 
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, ekspertlər bildirirlər ki, cari ilin üçüncü rübündə kompüterlərə maliyyə zərərli proqram hücumlarının sayı ikinci rüblə müqayisədə 25% azalıb. Belə hadisələrin sayına görə birinci pillədə Braziliya, sonrakı pillələrdə isə Rusiya və Almaniya qərarlaşıb.
 
Mobil seqmentdə kibercinayətkarların aktivləşməsi qeydə alınıb. Smartfon və planşetlər üçün nəzərdə tutulmuş yeni zərərli proqramların sayı 14,4% yüksəlib.
 
İyul-sentyabr aylarında 7 mindən çox yeni mobil bank troyanı aşkar edilib. Bu göstərici ikinci rüblə müqayisədə təxminən 3.5 dəfə yüksəkdir. Hücuma məruz qalmış ölkələrin sayı da artır: əgər ikinci rübdə mobil bank troyanı hücumu 31 ölkədə qeydə alınıbsa, o zaman üçüncü rübdə bu göstərici 70-dək artıb.
 
Emil Hüseynov



Baxış sayı: 906

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Dekabr 2024

03 12 2024