12px13px15px17px
Tarix:22/11/14

NATO “Cyber Coalition 2014” təlimlərini keçirib

NATO-nun rəsmi internet saytının məlumata görə, noyabrın 18-də alyans tarixində ilk dəfə genişmiqyaslı “Cyber Coalition 2014” transmilli hərbi təlimlərə start verib.

Müvafiq tədbirlər üç gün ərzində keçirilməklə təşkilat iştirakçılarının informasiya şəbəkələrinin mühafizəsi üzrə bacarıqları yaxşılaşdırmağa imkan verib.

“Bu təlimlər bizim kompüter sistemlərimizin dözümlüyünü yoxlamağa və NATO-nun daima inkişaf edən təhlükə ilə ayaqlaşa bilməsinə, eləcə də çalışan mütəxəssislərin bu təhlükənin öhdəsindən tam gəlməsinə əmin olmağımıza imkan verəcək”, - NATO baş katibinin müavinlərindən biri Sorin Dukaru deyib.

Alyansa üzv ölkələrin onlarla yaşayış məntəqəsində olan 670-dən çox texniki ekspert “Cyber Coalition 2014” təlimlərinin iştirakçısı olub. Bundan əlavə, müşahidəçi qismində ilk dəfə elmi dairələrin və informasiya texnologiyaları (İT) sənayesinin nümayəndələri dəvət olunub.
 
S.Dukarunun sözlərinə görə, ekspertlərin başlıca vəzifəsi kiberinsidentlər haqqında informasiyanın maksimum sürətli mübadiləsinə hazırlığın, eləcə də bilavasitə NATO kompüterlərinə məqsədli hücumların müdafiəsi üzrə səylərin koordinasiyasının yoxlanılmasından ibarət olub.
“Kibertəhdidlər təkcə sadə potensial təhdidlər deyil, bu gün onlar gündəlik reallığa çevrilib və münaqişələrin yalnız virtual olmasına baxmayaraq reallıqda onların nəticələri təsiredici və dağıdıcı ola bilər”, - S.Dukaru qeyd edib, - "SecurityLab” yazır.



Baxış sayı: 860

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024