Tarix:26/11/14
Ekspertlər qeyd edirlər ki, vəziyyət mobil qurğuların mühafizə səviyyəsinin haker hücumlarını dəf etmək üçün zəif olmasına görə daha da pisləşə bilər. Belə ki, dünyada smartfonların 60 faizinin və planşetlərin 50 faizinin əlavə təhlükəsizlik servislərinə ehtiyacı var.
Mobil bankçılığa tələbatın kəskin artması, eləcə də tranzaksiyaların həyata keçirilməsi üçün mobil telefonlardan istifadə kibercinayətkarların bu qurğulara marağını artırır və adi istifadəçilər, eləcə də sahibkarlar üçün böyük risklər yaradır.
Hazırda dünyada internetə qoşulmuş 5 milyard qurğunun olması bildirilir. Onlar 1 milyard bank hesabına onlayn xidmət göstərir, eləcə də məbləği 13 trilyon dollar təşkil edən qlobal elektron ticarət bazarını stimullaşdırır.
Hesabatda qeyd olunur ki, hakerlər qurbanın ödəniş rekviztləri əldə etmək üçün fişinq bildirişlərin göndərilməsindən istifadə edə bilərlər. Həmçinin kibercinayətkarlar istifadəçinin daxil olduğu internet səhifələrinə nəzarət edərək onun alış zamanı müvafiq qrafalara daxil etdiyi məlumatları görməklə ələ keçirə bilərlər.
Hesabatın nəticələrindən məlum olub ki, smartfon sahibləri kibercinayətkarlıqla bağlı risklər barədə az məlumatlıdırlar. Fırıldaqçıların əsas hədəfi hələ də “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulardır, - "Payspace” yazır.
Dünyada smartfonların 60 faizi haker hücumlarına məruz qalıb
İrlandiyanın “Experian” konsaltinq şirkətinin yeni hesabatında deyilir ki, dünyada hər altı smartfon sahibindən biri kibercinayətkarların qurbanı olub.Ekspertlər qeyd edirlər ki, vəziyyət mobil qurğuların mühafizə səviyyəsinin haker hücumlarını dəf etmək üçün zəif olmasına görə daha da pisləşə bilər. Belə ki, dünyada smartfonların 60 faizinin və planşetlərin 50 faizinin əlavə təhlükəsizlik servislərinə ehtiyacı var.
Mobil bankçılığa tələbatın kəskin artması, eləcə də tranzaksiyaların həyata keçirilməsi üçün mobil telefonlardan istifadə kibercinayətkarların bu qurğulara marağını artırır və adi istifadəçilər, eləcə də sahibkarlar üçün böyük risklər yaradır.
Hazırda dünyada internetə qoşulmuş 5 milyard qurğunun olması bildirilir. Onlar 1 milyard bank hesabına onlayn xidmət göstərir, eləcə də məbləği 13 trilyon dollar təşkil edən qlobal elektron ticarət bazarını stimullaşdırır.
Hesabatda qeyd olunur ki, hakerlər qurbanın ödəniş rekviztləri əldə etmək üçün fişinq bildirişlərin göndərilməsindən istifadə edə bilərlər. Həmçinin kibercinayətkarlar istifadəçinin daxil olduğu internet səhifələrinə nəzarət edərək onun alış zamanı müvafiq qrafalara daxil etdiyi məlumatları görməklə ələ keçirə bilərlər.
Hesabatın nəticələrindən məlum olub ki, smartfon sahibləri kibercinayətkarlıqla bağlı risklər barədə az məlumatlıdırlar. Fırıldaqçıların əsas hədəfi hələ də “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğulardır, - "Payspace” yazır.
Baxış sayı: 731
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir