Tarix:08/12/14
“Tonino Lamborghini Tauri Mobile” brendi rəsmən yeni “88 Tauri” smartfonunu nümayiş etdirib. Cihaz lüks smartfon həvəskarlarını yalnız qeyri-adi xarici görünüşü və keyfiyyətli materiallarla deyil, həm də yüksək məhsuldarlığı ilə sevindirməlidir.
"ICTnews" elektron xəbər xidməti “hi-tech.mail.ru” saytına istinadən bildirir ki, smartfon poladdan hazırlanmış qara, qızılı və gümüşü korpuslarda əlçatandır. Korpus 5 rəng (qara, göy, qırmızı, narıncı, qəhvəyi) həllində yüksək keyfiyyətli dəridən işlənib.
Cihaz 1920x1080 piksel təsvir ölçülü 5 düymlük ekran, 2.3 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 801” prosessoru, 3 QB əməli və 64 QB daxili artırıla bilən yaddaş, 8 meqapiksellik ön və 20 meqapiksellik əsas kamera ilə təchiz olunub. Sonuncu ikiqat işıq diodu işıqlandırıcısına malikdir. Aparata 3400 milliamper/saat tutumlu akkumulyator quraşdırılıb. İstehsalçılar əmin edir ki, “3G” şəbəkəsində 35 saatadək, gözləmə rejimində isə 1000 saatadək danışıq mümkündür.
Smartfonun 1947 nüsxəsi buraxılacaq: bu rəqəm “Tonino Lamborghini” şirkətinin yaradıcısının təvəllüdünə uyğundur, seriya nömrəsi hər bir cihazın arxa hissəsində həkk edilib. 2014-cü il dekabrın sonunda smartfonun satışına başlanılacaq, qiyməti 6000 dollar olacaq.
Emil Hüseynov
İtaliya brendindən 6000 dollarlıq smartfon

Baxış sayı: 899
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır