Tarix:09/12/14
Məsələn, 2015-ci ilin oktyabrında ABŞ-ın “EMV” çip kartları standartına keçməsi ilə əlaqədar vaxtın yaxınlaşmasına görə kibercinayətkarlar ənənəvi maqnit zolaqlı kartlara müdaxilələri aktivləşdiriblər. Bu barədə Milli Kredit İttifaqı Assosiasiyasının məlumatında deyilir. Cinayətkarlar ödəniş informasiyasını POS-terminaldan ötürülən zaman ələ keçirməyə imkan verən yeni boşluqları fəal axtaracaqlar.
Bundan başqa, 2015-ci ildə fırıldaqçıların hədəfi “bulud” texnologiyalarında saxlanılan ödəniş informasiyası, o cümlədən uçot qeydləri, parol və digər fərdi məlumatlar olacaq. Son vaxtlar sürətli artım nümayiş etdirən daşınan elektronika qurğuları bazarında da müdaxilə hallarının artması gözlənilir.
Proqnoza görə, növbəti ildə istifadəçi informasiyasına geniş müdaxilələrə görə daha çox müəssisə rəhbərləri məsuliyyət daşıyacaq. Həmçinin şirkətlərin təhlükəsizliyi üçün ən böyük təhdid əməkdaşların həm zərərli proqramlar, həm də insan amili ilə əlaqədar səhvləri olaraq qalacaq, - "Payspace” yazır.
2015-ci ildə kibercinayətkarlar nə etməyi düşünür?
“Experian” şirkəti analitiklərinin proqnozuna görə, 2015-ci ildə ödəniş kartları üzrə məlumat sızması ilə bağlı cinayətlərin yeni dalğası olacaq.Məsələn, 2015-ci ilin oktyabrında ABŞ-ın “EMV” çip kartları standartına keçməsi ilə əlaqədar vaxtın yaxınlaşmasına görə kibercinayətkarlar ənənəvi maqnit zolaqlı kartlara müdaxilələri aktivləşdiriblər. Bu barədə Milli Kredit İttifaqı Assosiasiyasının məlumatında deyilir. Cinayətkarlar ödəniş informasiyasını POS-terminaldan ötürülən zaman ələ keçirməyə imkan verən yeni boşluqları fəal axtaracaqlar.
Bundan başqa, 2015-ci ildə fırıldaqçıların hədəfi “bulud” texnologiyalarında saxlanılan ödəniş informasiyası, o cümlədən uçot qeydləri, parol və digər fərdi məlumatlar olacaq. Son vaxtlar sürətli artım nümayiş etdirən daşınan elektronika qurğuları bazarında da müdaxilə hallarının artması gözlənilir.
Proqnoza görə, növbəti ildə istifadəçi informasiyasına geniş müdaxilələrə görə daha çox müəssisə rəhbərləri məsuliyyət daşıyacaq. Həmçinin şirkətlərin təhlükəsizliyi üçün ən böyük təhdid əməkdaşların həm zərərli proqramlar, həm də insan amili ilə əlaqədar səhvləri olaraq qalacaq, - "Payspace” yazır.
Baxış sayı: 612
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir