Tarix:12/12/14
Sənədə əsasən, istifadəçi tərəfindən istifadə olunan informasiya avadanlığının və ya rabitə texnologiyasının cinayət əməlində iştirak etməsinə şübhə yaranan zaman onun rabitə vasitələri məhkəmənin icazəsi olmadan 48 saatlıq söndürülə bilər. Bunun üçün polisin göstəriş verməsi tələb olunur. İnternetin uzun müddətə söndürülməsi yalnız ərazi üzrə məhkəmənin qərarı ilə mümkün olacaq.
Polis həmçinin rabitə və server xidmətləri tədarükçülərinə informasiyanın saxlanılması ilə bağlı göstərişlər verə bilər. Bunun sayəsində istifadə olunan rabitə avadanlığının tipini, tətbiq edilən digər texniki vasitələri və istifadə vaxtını müəyyənləşdirmək, abunəçini identifikasiya etmək, başqa mühüm informasiyanı əldə etmək olar. Məhkəmənin qərarı ilə vəzifəli şəxslər istifadə edilən informasiya axını haqqında məlumat əldə edə və ötürülən məlumatın məzmununa nəzarət edə bilərlər.
Müdafiə Nazirliyi nəzdində yaradılan Kibernetik Təhlükəsizlik Mərkəzi ölkədə kibernetik təhlükəsizlik məsələləri ilə məşğul olacaq. Qurum dövlət informasiya sistemlərinin təhlükəsizlik tələblərinə cavab verməsini izləyəcək, kibernetik, müdafiə insidentlərinin nəticələrinin aradan qaldırılması ilə bağlı planlar hazırlayacaq, kibertəhlükəsizlik şəbəkəsinin idarəçiliyini həyata keçirəcək, eləcə də digər funksiyaları yerinə yetirəcək, - “IT Expert” yazır.
Litva Parlamenti kibernetik təhlükəsizlik haqqında qanun qəbul edib
Litva Parlamenti kibernetik təhlükəsizlik haqqında qanun qəbul edib. Qanunla 2015-ci ilin yanvarından fəaliyyətə başlayacaq Milli Kibernetik Təhlükəsizlik Mərkəzinin yaradılması nəzərdə tutulur. Bundan başqa, qanunda internet istifadəçisinin qeyri-qanuni fəaliyyətlə məşğul olmasına şübhə yarandıqda, onun şəbəkədən ayrılmasına imkan verən normalar yer alıb.Sənədə əsasən, istifadəçi tərəfindən istifadə olunan informasiya avadanlığının və ya rabitə texnologiyasının cinayət əməlində iştirak etməsinə şübhə yaranan zaman onun rabitə vasitələri məhkəmənin icazəsi olmadan 48 saatlıq söndürülə bilər. Bunun üçün polisin göstəriş verməsi tələb olunur. İnternetin uzun müddətə söndürülməsi yalnız ərazi üzrə məhkəmənin qərarı ilə mümkün olacaq.
Polis həmçinin rabitə və server xidmətləri tədarükçülərinə informasiyanın saxlanılması ilə bağlı göstərişlər verə bilər. Bunun sayəsində istifadə olunan rabitə avadanlığının tipini, tətbiq edilən digər texniki vasitələri və istifadə vaxtını müəyyənləşdirmək, abunəçini identifikasiya etmək, başqa mühüm informasiyanı əldə etmək olar. Məhkəmənin qərarı ilə vəzifəli şəxslər istifadə edilən informasiya axını haqqında məlumat əldə edə və ötürülən məlumatın məzmununa nəzarət edə bilərlər.
Müdafiə Nazirliyi nəzdində yaradılan Kibernetik Təhlükəsizlik Mərkəzi ölkədə kibernetik təhlükəsizlik məsələləri ilə məşğul olacaq. Qurum dövlət informasiya sistemlərinin təhlükəsizlik tələblərinə cavab verməsini izləyəcək, kibernetik, müdafiə insidentlərinin nəticələrinin aradan qaldırılması ilə bağlı planlar hazırlayacaq, kibertəhlükəsizlik şəbəkəsinin idarəçiliyini həyata keçirəcək, eləcə də digər funksiyaları yerinə yetirəcək, - “IT Expert” yazır.
Baxış sayı: 927
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir