12px13px15px17px
Tarix:16/12/14

“Facebook” istifadəçiləri virusa "yolux"du

"Facebook" sosial şəbəkəsinin istifadəçiləri kütləvi virusa "yoluxub". Bu barədə müxtəlif forum və sosial şəbəkələrdə istiafəçilər məlumat verib. Məlumata əsasən, bu gün istifadəçilərin sosial şəbəkə hesabına bağlanmış elektron poçt qutusuna və sosial şəbəkədəki şəxsi mesaj bölməsinə  virusa yoluxmuş məktublar göndərilib.

 
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, məktub  istifadəçinin "Facebook" tanışlarından biri tərəfindən yerləşdirilmiş fotoşəklə istinaddan ibarətdir.

Ancaq istinada keçid etdikdə başqa istinad açılır, sonuncu isə videoçarx yerləşdirilmiş səhifəyə yönləndirir.

Videoçarxı izləmək istədikdə istifadəçiyə naməlum proqram quraşdırmaq təklif edilir.

Məsələ ilə bağlı, "Facebook" şirkətindən hələ ki, heç bir açıqlama verilməyib.
 
Emil Hüseynov



Baxış sayı: 719

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024