12px13px15px17px
Tarix:19/12/14

Tədqiqat: hər beşinci avropalı heç vaxt internetdən istifadə etməyib

"Yevrostat"ın dərc etdiyi statistik araşdırmaya əsasən, Avropanın 16-74 yaş aralığında hər beşinci sakini heç vaxt internetdən istifadə etməyib.
 
"ICTnews" elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, rəyi soruşulmuşların 18 faizi "Siz sonuncu dəfə internetdən nə vaxt istifadə etmisiniz" sualına "Heç vaxt" cavab variantını seçib. 2006-cı ildə müvafiq tədqiqat zamanı bu göstərici 43 faiz olub. Son 8 ildə gündəlik qlobal şəbəkədən istifadə edən avropalıların sayı 2 dəfədən çox artıb.
 
 Bununla belə, respondentlərin 33 faizindən çoxu əvvəlki kimi gündəlik internetə daxil olmur.
 
Avropada ən internetləşdirilmiş ölkə İslandiya olub: burada rəyi soruşulmuşların yalnız 1 faizi şəbəkədən istifadə etmir. Bu halda respondentlərin 94 faizi gündəlik internetdən istifadə edir. Yüksək internetləşdirilmə göstəriciləri, həmçinin Norveç, Danimarka, Lüksemburq və Böyük Britaniyada qeydə alınıb.
 
Amma Rumıniya Avropanın ən zəif internetləşdirilmiş ölkəsi olub. Burada rəyi soruşulmuşların 39 faizi heç vaxt internetə daxil olmayıb.
 
Emil Hüseynov
 



Baxış sayı: 684

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024