Tarix:22/01/15
Bildirilir ki, zərərçəkmiş sosial şəbəkədə saxta profili 2013-cü ildə aşkar edib və şəxsi həyata müdaxilə iddiası ilə məhkəməyə müraciət edib.
Müəyyən olunub ki, səhifə ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) əməkdaşları tərəfindən yaradılıb və müxtəlif təhqiqatların aparılması üçün istifadə olunub. S.Arkettin səhifəyə yüklənən fotoşəkilləri "DEA" əməkdaşlarının əlinə 2010-cu ildə keçib. Belə ki, o zaman qadın həbs olunub və ona qarşı narkotik saxlama ittihamı irəli sürülüb. 2011-ci ildə S.Arkett təqsirli bilinərək beşillik şərti cəzaya məhkum olunub.
Ötən ilin payızında hadisə KİV-in diqqətini cəlb edib və nəticədə "Facebook" nümayəndələri "DEA"-dan saxta profillər yaratmaq praktikasından imtina etməyi tələb ediblər. Onlar bunu sosial şəbəkənin qüvvədə olan qaydalarına zidd olması ilə əlaqələndiriblər.
Məhkəmənin kompensasiyanın verilməsi ilə bağlı qərarını şərh edən qadının vəkili qeyd edib ki, prosesin nəticələrindən razıdır və ABŞ hakimiyyət nümayəndələrinin sosial şəbəkədə saxta profilin yaradılmasının nə dərəcədə ziyan vurmasını başa düşmələrinə şaddır, - "NEWSru" yazır.
Nyu-York sakini ABŞ hakimiyyətindən 134 min dollar kompensasiya alacaq
Sondra Arkett adlı Nyu-York sakini ABŞ hakimiyyətindən adının və fotoşəkilinin "Facebook" sosial şəbəkəsində saxta səhifənin yaradılması üçün istifadəyə görə 134 min dollar məbləğində kompensasiya alacaq.Bildirilir ki, zərərçəkmiş sosial şəbəkədə saxta profili 2013-cü ildə aşkar edib və şəxsi həyata müdaxilə iddiası ilə məhkəməyə müraciət edib.
Müəyyən olunub ki, səhifə ABŞ Narkotiklərlə Mübarizə İdarəsinin (DEA) əməkdaşları tərəfindən yaradılıb və müxtəlif təhqiqatların aparılması üçün istifadə olunub. S.Arkettin səhifəyə yüklənən fotoşəkilləri "DEA" əməkdaşlarının əlinə 2010-cu ildə keçib. Belə ki, o zaman qadın həbs olunub və ona qarşı narkotik saxlama ittihamı irəli sürülüb. 2011-ci ildə S.Arkett təqsirli bilinərək beşillik şərti cəzaya məhkum olunub.
Ötən ilin payızında hadisə KİV-in diqqətini cəlb edib və nəticədə "Facebook" nümayəndələri "DEA"-dan saxta profillər yaratmaq praktikasından imtina etməyi tələb ediblər. Onlar bunu sosial şəbəkənin qüvvədə olan qaydalarına zidd olması ilə əlaqələndiriblər.
Məhkəmənin kompensasiyanın verilməsi ilə bağlı qərarını şərh edən qadının vəkili qeyd edib ki, prosesin nəticələrindən razıdır və ABŞ hakimiyyət nümayəndələrinin sosial şəbəkədə saxta profilin yaradılmasının nə dərəcədə ziyan vurmasını başa düşmələrinə şaddır, - "NEWSru" yazır.
Baxış sayı: 589
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir