Tarix:26/01/15
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, haker hücumu nəticəsində “malaysiaairlines.com” saytına daxil olduqda “Xəta 404” - təyyarə tapılmayıb. “Kərtənkələ dəstəsi” – rəsmi “Kiberhəlifət” tərəfindən sındırılıb” yazısı və kostyumda kərtənkələ şəkli yerləşdirilib.
Hazırda “Malaysia Airlines”in heç bir servisi işləmir. Şirkətin nümayəndələri bildiriblər ki, hakerlər domen adları sisteminin mühafizəsini sındırıblar, server və məlumat bazalarına ziyan dəyməyib. Lakin hakerlər öz “Twitter” hesablarında deyirlər ki, onların istifadəçi məlumatlarına çıxışları var.
Bu ay eyni qruplaşma ABŞ-ın Mərkəzi baş komandanlığının “Twitter” və “YouTube” akkauntlarının sındırılmasını boynuna alıb və yüksəkrütbəli hərbiçilərin telefon nömrələrini açıqlayıblar.
Qeyd edək ki, ötən il “Malaysia Airlines”in iki təyyarəsi aviaqəza qurbanı olub. Mart ayında şirkətə məxsus “Boeing 777”, Kuala-Lumpurdan Pekinə uçaraq 239 sərnişinlə itib və bu günədək tapılmayıb. İyul ayında isə Ukrayna üzərində Amsterdamdan Kuala-Lumpura gedən təyyarə vurulub və onun içində olan 298 nəfər həlak olub. Hazırda bu qəzaların səbəbləri öyrənilir.
Aynur Vəliyeva
Hakerlər “Malaysia Airlines”in saytını sındırıblar
Bu gün “Kərtənkələ dəstəsi” adlanan hakerlər “Malaysia Airlines” aviaşirkətinin saytını sındırıblar.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, haker hücumu nəticəsində “malaysiaairlines.com” saytına daxil olduqda “Xəta 404” - təyyarə tapılmayıb. “Kərtənkələ dəstəsi” – rəsmi “Kiberhəlifət” tərəfindən sındırılıb” yazısı və kostyumda kərtənkələ şəkli yerləşdirilib.
Hazırda “Malaysia Airlines”in heç bir servisi işləmir. Şirkətin nümayəndələri bildiriblər ki, hakerlər domen adları sisteminin mühafizəsini sındırıblar, server və məlumat bazalarına ziyan dəyməyib. Lakin hakerlər öz “Twitter” hesablarında deyirlər ki, onların istifadəçi məlumatlarına çıxışları var.
Bu ay eyni qruplaşma ABŞ-ın Mərkəzi baş komandanlığının “Twitter” və “YouTube” akkauntlarının sındırılmasını boynuna alıb və yüksəkrütbəli hərbiçilərin telefon nömrələrini açıqlayıblar.
Qeyd edək ki, ötən il “Malaysia Airlines”in iki təyyarəsi aviaqəza qurbanı olub. Mart ayında şirkətə məxsus “Boeing 777”, Kuala-Lumpurdan Pekinə uçaraq 239 sərnişinlə itib və bu günədək tapılmayıb. İyul ayında isə Ukrayna üzərində Amsterdamdan Kuala-Lumpura gedən təyyarə vurulub və onun içində olan 298 nəfər həlak olub. Hazırda bu qəzaların səbəbləri öyrənilir.
Aynur Vəliyeva
Baxış sayı: 811
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir