12px13px15px17px
Tarix:05/02/15

2016-cı ildə smartfonlar 3.5 dəfə daha sürətli və 4 dəfə daha qənaətcil olacaq

Britaniyanın “ARM Holdings” şirkəti 2016-cı ilin mobil qurğuları üçün “Cortex-A72” prosessorunu təqdim edib. İstehsalçı bildirib ki, “Cortex-A72” ən sürətli mobil prosessordur. O, smartfonlara quraşdırılmış 5 il əvvəl buraxılmış prosessorlardan 50 dəfə daha sürətlidir.

"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, “Cortex-A72” 2014-cü ilin prosessorları ilə müqayisədə 3.5 dəfə daha sürətlidir və 4 dəfə daha az enerji sərf edir. Bir sıra mikroarxitektur təkmilləşdirmələr və yeni texnoloji normaya (16 nanometr) keçid hesabına daha yüksək məhsuldarlıq təmin ediləcək. Mövcud texnoloji norma 28 nanometrdir.

Prosessor 2,5 QHs-dək takt tezliyində işləyə biləcək və 64 bit olacaq.

Yeni mobil prosessorun əsas təyinat sahələri aşağıdakılardır: qabaqcıl smartfon modelləri, planşetofonlar, müəssisələr üçün şəbəkə avadanlığı, serverlər, simsiz şəbəkələr üçün avadanlıq, rəqəmli televiziya.

Emil Hüseynov



Baxış sayı: 621

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024