12px13px15px17px
Tarix:10/02/15

Müasir avtomobillər haker hücumlarına dayanıqsızdır

ABŞ-da dərc edilmiş tədqiqata əsasən, internetə çıxışa malik bütün avtomobillər haker hücumlarına qarşı dayanıqsızdır. Həmçinin belə avtomobillər öz sahibinin bütün hərəkəti haqda fərdi informasiya ötürür.
 
Tədqiqatda bildirilir ki, avtomobil istehsalçılarının böyük əksəriyyəti öz maşınlarındakı "ağıllı" sistemlərin informasiya təhlükəsizliyindəki boşluqların axtarışı və düzəldilməsi ilə  məşğul olmur. "Sürücülər yeni texnologiyalara etibar edirlər, amma təəssüf ki, avtomobil istehsalçıları istifadəçiləri kiberhücumlardan və məxfiliyin pozulmasından qorumaq üçün heç bir addım atmırlar" – senator-demokrat Ed Marki deyib.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, senator avtomobil istehsalçılarını, həmçinin sürücülər haqda fərdi informasiya toplamaqda və istifadə etməkdə ittiham edib. Marki deyib ki, şirkətlər sürücülərdən xəbərsiz avtomobillərin hərəkəti haqda informasiya toplayır.
 
Emil Hüseynov
 



Baxış sayı: 574

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024