12px13px15px17px
Tarix:11/02/15

ABŞ-da informasiya təhlükəsizliyi sahəsində yeni agentlik yaradılıb

ABŞ hakimiyyəti informasiya təhlükəsizliyi sahəsində “Cyber Threat Intelligence Integration Center” (CTIIC) adlanan yeni agentlik yaradıb.
 
Yeni qurum kənar kibertəhdidlərin təhlili və müxtəlif hakimiyyət orqanlarının cavab hərəkətlərinin koordinasiyası ilə məşğul olacaq. İlkin vaxtlarda “CTIIC”-in ştat vahidi 50 əməkdaşdan ibarət olacaq. Agentliyin büdcəsi 35 milyon dollar təşkil edəcək.
 
“CTIIC” dövlətə müxtəlif kənar hücumları bir yerdə əlaqələndirəcək kəşfiyyat mərkəzi olacaq və müvafiq nazirlik və agentlikləri bu hücumlar barədə real vaxt rejimində xəbərdar edəcək. Bildirilir ki, hazırda ABŞ-da bu funksiyaları yerinə yetirən agentlik fəaliyyət göstərmir.
 
Haker hücumlarının monitorinqi və öyrənilməsi ilə məşğul olan şöbələr ABŞ-ın əksər federal strukturlarında, o cümlədən Milli Təhlükəsizlik Agentliyi, Daxili Təhlükəsizlik Nazirliyi, Federal Təhqiqatlar Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsində mövcuddur. "CrowdStrike” şirkətinin prezidenti Şoun Henrinin sözlərinə görə, Ağ Ev bütün qrupları bir yerdə cəmləşdirərək ABŞ hakimiyyəti üçün “vahid həyəcan düyməsi” yaratmağa çalışır.
 
“Kibertəhdidlər hazırda ən təhlükəli bəlalardan biridir. Bu səbəbdən qanunvericilik və icra orqanları bu təhdidlər barədə tez məlumatlandırılmalıdır”, - ABŞ Prezidenti Barak Obamanın milli təhlükəsizlik və terrorizmlə mübarizə məsələləri üzrə köməkçisi Liza Monako qeyd edib.
 
Məlumat üçün bildirək ki, Barak Obama ABŞ-ın 2016-cı il büdcəsində haker hücumlarından mühafizə üçün xərcləri 1 milyard - 14 milyard dollaradək artırmağı təklif edib, - "CNews” yazır.
 



Baxış sayı: 736

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024