12px13px15px17px
Tarix:16/02/15

Hakerlər qrupu dünya banklarının hesablarından 1 milyard dollar oğurlayıb

Beynəlxalq hakerlər qrupu dünyanın yüzlərlə maliyyə təşkilatının hesablarından 1 milyard dollar oğurlayıb.  
 
Bu barədə “Kasperski laboratoriyası” şirkətinin “Avropol” və İnterpol ilə aparılan birgə təhqiqatın yekunları üzrə məlumatında deyilir.
 
“The New Times” qəzetinin məlumatına görə, 2 il ərzində kibercinayətkarlar qrupunun fəaliyyəti nəticəsində dəyən ziyanın məbləği yüz milyonlarla dollar təşkil edib.
 
“Ekspertlər güman edirlər ki, insidentin arxasında Rusiya, Ukrayna, bir sıra Avropa ölkələrinin, eləcə də Çinin kibercinayətkarlarından ibarət beynəlxalq qrup dayanır”, -  “Kasperski laboratoriyası”nın məlumatında qeyd olunur.
 
Məlumata görə, cinayətkar qrupun fəaliyyətindən təxminən dünyanın 30 bankı, o cümlədən Rusiya, ABŞ, Almaniya, Çin, Ukrayna, Kanada, Honkonq, Fransa, İspaniya, Norveç, Böyük Britaniya və İsveçrə bankları ziyan çəkib.
 
Ekspertlər müəyyən ediblər ki, daha çox məbləğ bank şəbəkəsinə müdaxilə prosesi zamanı oğurlanıb. Belə ki, hər müdaxilədə kibercinayətkarlar 10 milyon dollaradək pul oğurlaya biliblər. Hakerlər bir bankın oğurlanması - korporativ şəbəkədə ilk kompüterin yoluxdurulmasından pulların oğurlanmasınadək orta hesabla 2-4 saat vaxt sərf ediblər.
 
“Cinayət sxemi təşkilat əməkdaşlarından birinin kompüterinə müdaxilə ilə başlayıb. Kompüter zərərli proqram təminatı ilə yoluxdurulduqdan sonra cinayətkarlar bankın daxili şəbəkəsinə daxil olaraq pul tranzaksiyaları sistemi inzibatçılarının kompüterlərini tapıb və onların kompüter ekranlarını videomüşahidə etməyə başlayıblar”, - şirkət nümayəndələri vurğulayıb.
 
Antivirus ekspertləri maliyyə təşkilatlarına şəbəkədə "Carbanak” zərərli proqram təminatının mövcudluğu üçün yoxlamağı və onun aşkar olunacağı halda hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirlər, - “TASS” yazır.   
 



Baxış sayı: 592

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024