Tarix:16/02/15
Əldə olunan tədqiqat məlumatları göstərir ki, 2014-cü ildə mobil qurğulara kiberhücumlar 25 faiz artıb. “Android” və “Windows Phone” mobil əməliyyat sistemləri cinayətkarlar arasında daha populyar olub. “Android” kənar mənbələrdən yoxlanılmamış əlavələri yükləmək imkanına malik olmasına görə kiberhücumlara daha həssasdır. “iPhone” və “BlackBerry” smartfonlarının həyata keçirilən haker hücumlarında payı 1 faizə bərabərdir.
Yeni viruslar smartfonun olduğu yeri müəyyənləşdirə, daxil olan və çıxan zənglərə, mətnli bildirişlərə və elektron poçta nəzarət edə, eləcə də "web” brauzerin işini izləyə bilir.
“Alcatel-Lucent Motive Security Lab”ın direktoru Kevin Mak Nemi qeyd edib ki, zərərli proqram təminatı ilə yoluxdurma adətən mobil qurğu sahiblərinin öz fərdi informasiyalarının təhlükəsizlik qaydalarına qeyri-ciddi yanaşmasına görə baş verir.
Hesabatda o da vurğulanıb ki, ötən il POS-terminallara, şəhər şəbəkələrinə, “DSL” modemlərə, kabel modemlərinə, "WiFi” şəbəkəsinə çıxış nöqtələrinə, "DNS” və “NTP” serverlərinə "DDoS” hücumların sayı artıb, - "SecurityLab” yazır.
Zərərli mürəkkəb proqram təminatı 16 milyon mobil qurğunu yoluxdurub
“Alcatel-Lucent Motive Security Lab” şirkətinin 2014-cü il üçün hesabatında bildirilir ki, cinayətkarlar 16 milyon mobil qurğudan istifadəçi məlumatlarının oğurlanması üçün zərərli mürəkkəb proqram təminatından istifadə ediblər.Əldə olunan tədqiqat məlumatları göstərir ki, 2014-cü ildə mobil qurğulara kiberhücumlar 25 faiz artıb. “Android” və “Windows Phone” mobil əməliyyat sistemləri cinayətkarlar arasında daha populyar olub. “Android” kənar mənbələrdən yoxlanılmamış əlavələri yükləmək imkanına malik olmasına görə kiberhücumlara daha həssasdır. “iPhone” və “BlackBerry” smartfonlarının həyata keçirilən haker hücumlarında payı 1 faizə bərabərdir.
Yeni viruslar smartfonun olduğu yeri müəyyənləşdirə, daxil olan və çıxan zənglərə, mətnli bildirişlərə və elektron poçta nəzarət edə, eləcə də "web” brauzerin işini izləyə bilir.
“Alcatel-Lucent Motive Security Lab”ın direktoru Kevin Mak Nemi qeyd edib ki, zərərli proqram təminatı ilə yoluxdurma adətən mobil qurğu sahiblərinin öz fərdi informasiyalarının təhlükəsizlik qaydalarına qeyri-ciddi yanaşmasına görə baş verir.
Hesabatda o da vurğulanıb ki, ötən il POS-terminallara, şəhər şəbəkələrinə, “DSL” modemlərə, kabel modemlərinə, "WiFi” şəbəkəsinə çıxış nöqtələrinə, "DNS” və “NTP” serverlərinə "DDoS” hücumların sayı artıb, - "SecurityLab” yazır.
Baxış sayı: 557
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir