Tarix:17/02/15
“Lexis Nexis” tədqiqat şirkətinin məlumatına görə, pərakəndə şəbəkələrdə ödəniş fırıldaqçılığından mühafizə ilə bağlı illik xərclər 2014-cü ildə 32 milyard dollara çatıb. Ötən il ümumilikdə təhlükəsizliyə xərclər pərakəndə ticarət şirkətlərinin mədaxilinin 0,68 faizinə bərabər olub. Bu göstərici 2013-cü ilin nəticəsindən 17 faiz yüksəkdir.
Alıcıların ödəniş informasiyasının mühafizəsinə xərclərin artmasına iki amil səbəb olub. Bunlar pərakəndə satış həcminin 3,75 faiz yüksəlməsi və kibertəhdidlərin sayının artmasıdır.
Bununla yanaşı, pərakəndə ticarət şirkətləri ödəniş terminallarını modernləşdirirlər. 2015-ci ilin sonunadək terminalların yarıdan çoxu “EMV” adlandırılan təhlükəsizlik standartına uyğun olacaq və tranzaksiyaları kontaktsız həyata keçirəcək. Fırıldaqçılar tranzaksiyalar zamanı kart rekvizitlərini ələ keçirməkdə, eləcə də bank kartlarına quraşdırılan mikroçip sayəsində ödəniş alətlərini saxtalaşdırmaqda çətinliklərlə üzləşəcəklər, - “Payspacemagazine” yazır.
ABŞ-ın pərakəndə ticarət şirkətləri təhlükəsizliyə xərcləri artırır
ABŞ-ın pərakəndə ticarət sahəsində fəaliyyət göstərən sahibkarları 2014-cü ildə istifadəçilərin təhlükəsizliyinin mühafizəsinə xərcləri xeyli artırıblar. Belə ki, ötən il pərakəndə ticarət şirkətləri kibercinayətkarlıqla mübarizəyə 2013-cü ildə sərf etdiklərindən 38 faiz çox vəsait xərcləyiblər.“Lexis Nexis” tədqiqat şirkətinin məlumatına görə, pərakəndə şəbəkələrdə ödəniş fırıldaqçılığından mühafizə ilə bağlı illik xərclər 2014-cü ildə 32 milyard dollara çatıb. Ötən il ümumilikdə təhlükəsizliyə xərclər pərakəndə ticarət şirkətlərinin mədaxilinin 0,68 faizinə bərabər olub. Bu göstərici 2013-cü ilin nəticəsindən 17 faiz yüksəkdir.
Alıcıların ödəniş informasiyasının mühafizəsinə xərclərin artmasına iki amil səbəb olub. Bunlar pərakəndə satış həcminin 3,75 faiz yüksəlməsi və kibertəhdidlərin sayının artmasıdır.
Bununla yanaşı, pərakəndə ticarət şirkətləri ödəniş terminallarını modernləşdirirlər. 2015-ci ilin sonunadək terminalların yarıdan çoxu “EMV” adlandırılan təhlükəsizlik standartına uyğun olacaq və tranzaksiyaları kontaktsız həyata keçirəcək. Fırıldaqçılar tranzaksiyalar zamanı kart rekvizitlərini ələ keçirməkdə, eləcə də bank kartlarına quraşdırılan mikroçip sayəsində ödəniş alətlərini saxtalaşdırmaqda çətinliklərlə üzləşəcəklər, - “Payspacemagazine” yazır.
Baxış sayı: 673
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir