Tarix:03/03/15
Təşkilat Komitəsindən bildirilib ki, “YFM 2015”-ə 252 müraciət daxil olub: “Bu müraciətlərdən bəziləri qeydiyyat şərtlərini tam təmin etmədiyi üçün qiymətləndirməyə cəlb edilməyib.
Qiymətləndirmə prosesinə qəbul edilmiş layihələr, eləcə də yarımfinalçılar YFM-nin rəsmi veb səhifəsində yerləşdirilib.
İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədi ilə təşkil edilən YFM ildə bir dəfə keçirilir”.
“YFM 2015”-də müxtəlif universitetlərdə təhsil alan və ya məzun olmuş, eləcə də ayrı-ayrı müəssisələrdə fəaliyyət göstərən 500 nəfərə yaxın gənc iştirak edib ki, onların təqribən 120 nəfəri hazırda Qafqaz Universitetinin tələbəsidir. Bundan başqa AMEA, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti, Təfəkkür liseyi, 212 saylı orta məktəb, 169 saylı orta məktəb, BP, “Sinam”, “Buta sığorta”, “Azercell”, “Nivel Solutions” və digər təşkilatlardan şagird, tələbə və ya müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər “YFM 2015”-ə layihə təqdim edərək, müsabiqədə iştirak ediblər.
Həqiqət İSABALAYEVA
“Yeni Fikir 2015” müsabiqəsində yarımfinalçılar müəyyənləşib
Qafqaz Universiteti Texnoparkının (QUTexnopark) həyata keçirdiyi “Yeni Fikir 2015” müsabiqəsində (YFM) yarımfinala vəsiqə qazanmış layihələr bəlli olub. 26 layihənin yarışacağı yarımfinal 29 mart 2015-ci il tarixində “QUTechnopark”-da keçiriləcək.Təşkilat Komitəsindən bildirilib ki, “YFM 2015”-ə 252 müraciət daxil olub: “Bu müraciətlərdən bəziləri qeydiyyat şərtlərini tam təmin etmədiyi üçün qiymətləndirməyə cəlb edilməyib.
Qiymətləndirmə prosesinə qəbul edilmiş layihələr, eləcə də yarımfinalçılar YFM-nin rəsmi veb səhifəsində yerləşdirilib.
İnnovativ sahibkarlığın inkişafına dəstək məqsədi ilə təşkil edilən YFM ildə bir dəfə keçirilir”.
“YFM 2015”-də müxtəlif universitetlərdə təhsil alan və ya məzun olmuş, eləcə də ayrı-ayrı müəssisələrdə fəaliyyət göstərən 500 nəfərə yaxın gənc iştirak edib ki, onların təqribən 120 nəfəri hazırda Qafqaz Universitetinin tələbəsidir. Bundan başqa AMEA, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti, Təfəkkür liseyi, 212 saylı orta məktəb, 169 saylı orta məktəb, BP, “Sinam”, “Buta sığorta”, “Azercell”, “Nivel Solutions” və digər təşkilatlardan şagird, tələbə və ya müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər “YFM 2015”-ə layihə təqdim edərək, müsabiqədə iştirak ediblər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 608
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır