Tarix:10/03/15
"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, kibercinayətkarlar internet bankların loqin və parollarını oğurlamaq üçün yeni üsul (“WhatsApp” proqramının sadəlövh istifadəçilərini aldatmaq) tapıblar.
"Məktubda, guya, “WhatsApp”ın rəsmi saytına yönəldən istinad var. Əslində istinadın üzərinə “maus”la sıxan istifadəçi “WhatsAppInstall.exe” icra olunan faylını yükləmiş olur. Bu ad altında “Win32/TrojanDownloader.VB.QRM” troyan virusu gizlənir" – ekspertlər bildiriblər.
“Windows” əməliyyat sisteminə yükləndikdən sonra sözügedən troyan internet banklara giriş üçün qeydiyyat məlumatlarını oğurlamaq üçün nəzərdə tutulmuş başqa zərərli proqram sistemi yükləyir.
“Eset” antivirus şirkətinin mütəxəssisləri təyin ediblər ki, bu zərərli proqram Braziliyada yaradılıb.
2015-ci ilin yanvarında “WhatsApp” öz messencerinin veb-versiyasını buraxıb. Ancaq istifadəçilər heç bir proqram yükləməli deyillər. Messencer istənilən başqa veb səhifə kimi birbaşa brauzerdə açılır.
Emil Hüseynov
“WhatsApp” istifadəçiləri yeni virusa yoluxub
Fırıldaqçılar “WhatsApp” mobil tətbiq istifadəçilərinə proqramın masaüstü fərdi kompüter və ya noutbuk üçün versiyasını yükləməyi təklif edirlər. Əslində isə proqram versiyasına olan istinada keçid etdikdə virus yüklənir. Qeyd edək ki, kompüterin köməyi ilə “WhatsApp” messencerində ünsiyyət üçün əlavə heç nə yükləmək lazım deyil."ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, kibercinayətkarlar internet bankların loqin və parollarını oğurlamaq üçün yeni üsul (“WhatsApp” proqramının sadəlövh istifadəçilərini aldatmaq) tapıblar.
"Məktubda, guya, “WhatsApp”ın rəsmi saytına yönəldən istinad var. Əslində istinadın üzərinə “maus”la sıxan istifadəçi “WhatsAppInstall.exe” icra olunan faylını yükləmiş olur. Bu ad altında “Win32/TrojanDownloader.VB.QRM” troyan virusu gizlənir" – ekspertlər bildiriblər.
“Windows” əməliyyat sisteminə yükləndikdən sonra sözügedən troyan internet banklara giriş üçün qeydiyyat məlumatlarını oğurlamaq üçün nəzərdə tutulmuş başqa zərərli proqram sistemi yükləyir.
“Eset” antivirus şirkətinin mütəxəssisləri təyin ediblər ki, bu zərərli proqram Braziliyada yaradılıb.
2015-ci ilin yanvarında “WhatsApp” öz messencerinin veb-versiyasını buraxıb. Ancaq istifadəçilər heç bir proqram yükləməli deyillər. Messencer istənilən başqa veb səhifə kimi birbaşa brauzerdə açılır.
Emil Hüseynov
Baxış sayı: 622
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir