12px13px15px17px
Tarix:16/03/15

ABŞ Dövlət Departamenti rus hakerlərindən mühafizə olunmaq üçün internet şəbəkəsini söndürüb

ABŞ Dövlət Departamenti rus hakerlərinin onun poçt serverinə tətbiq etdiyi ziyanverici proqram təminatını ləğv etmək məqsədi ilə onları söndürüb.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, departament viruslarla artıq üç aydır ki, uğursuz mübarizə aparır.
 
"Dövlət Departamentinin bəzi sistemləri qısa müddət ərzində işləməyəcəklər. Yeni təhlükəsizlik tədbirlərini görmək üçün onları söndürmək tələb olunur",- deyə rəsmi mənbələr bildiriblər.
 
Dövlət Departamentinin mütəxəssisləri, 2014-cü ilin noyabr ayında sındırılmış  poçt serverlərini söndürüb. Bu arada bildirilib ki, məxfi məlumatların daxili mübadiləsi üçün nəzərdə tutulmuş sistemlərə ziyan vurulmayıb.
 
Etibarlı mənbələrdən verilən məlumatlara əsasən, haker hücumlarının əsas məqsədi Ukraynada müşahidə olunan böhran ilə bağlı məlumat əldə etməkdir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 574

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024