12px13px15px17px
Tarix:18/03/15

“Microsoft” şirkəti Bakıda kibertəhlükəsizlik üzrə seminar keçirib

Bu gün Bakıda "Microsoft" şirkətinin korporativ sektorun İT departament rəhbərləri üçün kibertəhlükəsizlik üzrə seminar keçirilib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə "Microsoft"un Mərkəzi və Şərqi Avropada lisenziyalaşdırma üzrə direktoru Yevgeni Danilov  bu sahədə son zamanlar həyata keçirilən tədbirlər haqda ətraflı məlumat verib:
 
"Hazırda dünyanın 140-dan çox ölkəsində kibersilahların yaradılması istiqamətində işlər  aparılır. Şirkətlər artıq kibertəhlükəsizliyin təmin edilməsi məsələlərinə yüksək səviyyədə diqqət yetirirlər, bu sahənin inkişafına 3 trilyon dollar sərf edilib. Bir çox şirkətlər, əqli mülkiyyətə aid olan məhsullarının məlumat itkisi qurbanına çevrilməsi nəticəsində İT departamentlərinin işçilərini işdən azad etmək məcburiyyəti qarşısında qalıblar. Son 5 il ərzində biz kibercinayətkarlarla kəskin mübarizəyə başlamışıq və bu sahədə hüquq-mühafizə orqanları, Avropol ilə əməkdaşlıq edirik. Azərbaycan kompüter şəbəkəsinin təhlili göstərib ki, ölkədə aşkar edilən virusların arxasında milyonlarla İP ünvan mövcuddur və bu, ölkədə istifadə edilən şəbəkələrin təhlükəsizliyinə ciddi problem yarada bilər", - deyə o bildirib.

Ekspertin sözlərinə əsasən, hazırda bank maliyyə sistemlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə qlobal şəbəkədə kiberməlumatların paylaşılması üzrə xüsusi şəbəkə yaradılıb və  onun 3 milyarda yaxın virus haqda məlumat dövriyyəsi var.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024