Tarix:29/03/15
Sosial şəbəkə sözügedən aparatların köməyilə ucqar regionları internetə çıxışla təmin etməyi planlaşdırır. “Facebook”un qurucusu Mark Sukerberq öz səhifəsində pilotsuz təyyarənin ilk prototipi üzərində sınaqların yekunlaşması haqda yazıb.
O bildirib ki, sınaqlar Böyük Britaniyada aparılıb və PUA-nın çəkisi minik maşınından yüngüldür.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, Sukerberq, həmçinin yazıb ki, gələcəyin PUA-ları günəş panellərinin hesabına enerji ilə təmin olunacaq və bir neçə ay ərzində 20 kilometr hündürlükdə yerləşə biləcəklər. “Facebook”un PUA-ları planetin ucqar regionlarda yaşayan əhalisinin internetə çıxışını təmin edəcək.
Xatırladaq ki, günəş batareyaları ilə işləyən dronlar 2013-cü ilin avqustunda işə salınmış “Internet.org” layihəsi çərçivəsində həyata keçirilir. Layihədə “Facebook”dan başqa, “Samsung Electronics”, “Qualcomm”, “Ericsson”, “Nokia”, “MediaTek” və “Opera Software” kimi şirkətlər də var.
Emil Hüseynov
“Facebook” bütün planeti internetlə təmin etməyi planlaşdırır
“Facebook” pilotsuz uçuş aparatları (PUA) üzərində sınaqların birinci mərhələsini uğurla yekunlaşdırıb.Sosial şəbəkə sözügedən aparatların köməyilə ucqar regionları internetə çıxışla təmin etməyi planlaşdırır. “Facebook”un qurucusu Mark Sukerberq öz səhifəsində pilotsuz təyyarənin ilk prototipi üzərində sınaqların yekunlaşması haqda yazıb.
O bildirib ki, sınaqlar Böyük Britaniyada aparılıb və PUA-nın çəkisi minik maşınından yüngüldür.
"ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, Sukerberq, həmçinin yazıb ki, gələcəyin PUA-ları günəş panellərinin hesabına enerji ilə təmin olunacaq və bir neçə ay ərzində 20 kilometr hündürlükdə yerləşə biləcəklər. “Facebook”un PUA-ları planetin ucqar regionlarda yaşayan əhalisinin internetə çıxışını təmin edəcək.
Xatırladaq ki, günəş batareyaları ilə işləyən dronlar 2013-cü ilin avqustunda işə salınmış “Internet.org” layihəsi çərçivəsində həyata keçirilir. Layihədə “Facebook”dan başqa, “Samsung Electronics”, “Qualcomm”, “Ericsson”, “Nokia”, “MediaTek” və “Opera Software” kimi şirkətlər də var.
Emil Hüseynov
Baxış sayı: 1403
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib