12px13px15px17px
Tarix:03/04/15

Şirkətlər təhlükəli kiberhücumlara hazır deyil

“Computing Technology Industry Association” (CompTIA) informasiya texnologiyaları şirkətinin tədqiqatına görə, ABŞ biznes təşkilatlarının 54 faizi müəssisələrə kiberhücumların sayının artmasından, 48 faizi cinayətkarların hücumlar üçün mürəkkəb alətlərdən istifadə etmələrindən, 52 faizi kiberhücumların yüksək səviyyədə həyata keçirilməsindən xəbərdardır. Bildirilir ki, hətta hazırlıq səviyyəsi yüksək olan ABŞ şirkətlərinin əksəriyyəti kiberhücumlara hazır deyil.  
 
Biznes təşkilatlarının 58 faizi həmçinin daha çox məlumatların itirilməsinin qarşısını almaq üçün alətlərdən istifadə edir, 57 faizi identifikasiya və istifadə üçün idarəetməyə müraciət edir, 49 faizi informasiya təhlükəsizliyi və kiberinsidentlərin idarə olunması texnologiyasından yararlanır. "CompTIA” şirkətinin informasiya təhlükəsizliyi ekspertlərinin sözlərinə görə, texnologiyalar kibertəhdidlərlə mübarizə üçün yeni yanaşmanın əksər komponentlərindən biridir.
 
Tədqiqat şirkətinin texnologiyaların analizi üzrə baş idarəedicisi Set Robinson bildirib ki, biznes şirkətləri diqqəti kiberhücum riskinin formal analizinə yönəltməlidir. Müəssisələr həyata keçirdikləri təhlükəsizlik üsullarının onları kiberhücumlar qarşısında təhlükədə qoymamasına əmin olmalıdır.
 
Rəyi soruşulan müəssisə nümayəndələrinin 52 faizi qeyd edib ki, şəbəkələrarası fəaliyyət mühafizə sistemləri üçün işi artırıb. Müəssisələr məlumatların saxlanılması üçün xidmətlərdən və mobil texnologiyalardan istifadə edir ki, bu da kiberhücum risklərini artırır. S.Robinson əmindir ki, biznes şirkətləri təhlükəsizliyin təminində yanaşmanı təkmilləşdirməlidir.
 
Mütəxəssis onu da əlavə edib ki, müəssisələrin mühafizəsində insan faktoru mühüm rol oynayır. Şirkətlər üçün problemlərin çoxunu məhz əməkdaşlar yaradır. Statistikaya görə, müəssisələrin yalnız 54 faizi əməkdaşlar üçün İT təlim kurslarına vəsait ayırır, - "SecurityLab yazır.



Baxış sayı: 752

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024