Tarix:13/04/15
“Simda” kompüter şəbəkəsi (botnet) ilə idarə edilən on komanda serverini nəzarət altına alıblar. Botnet dünyanın 190 ölkəsində, o cümlədən ABŞ, Böyük Britaniya, Rusiya, Kanada və Türkiyədə 770 min kompüteri yoluxdurub və hücuma məruz qalan fərdi kompüterlərdən maliyyə məlumatlarını yükləmək imkanına malik olub. Bu barədə Rusiya şirkətinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, əməliyyat kompüterləri yoluxduran şəbəkənin fəaliyyətinə ciddi ziyan vurub ki, bu da kibercinayətkarlar üçün xərclərin və risklərin artmasına səbəb olacaq və gələcəkdə istifadəçi kompüterlərinin yoluxdurulmasının qarşısını alacaq.
İnterpolun Sinqapurdakı qlobal innovasiya kompleksinin koordinasiya etdiyi əməliyyatda Niderlandın Milli yüksək texnologiyalar sahəsində cinayətkarlıqla mübarizə mərkəzi, ABŞ Federal Təhqiqatlar Bürosu, Lüksemburq polisi və Rusiya hüquq-mühafizə orqanları iştirak edib.
“Simda” botneti cinayətkarlar tərəfindən yoluxdurulan internet saytları ilə yayılır. İstifadəçi belə resursa daxil olan zaman zərərli kod son yenilənmə quraşdırılmadığı halda saytı eksploytlarla birlikdə yükləyərək kompüteri yoluxdurur. Cinayətkarlar sonradan kompüterlər üzərində olan nəzarəti satmaqla məşğul olurlar. Fərdi kompüterə çıxış onlara maliyyə məlumatlarının oğurlanması üçün əlavə proqramlar quraşdırmağa imkan verib, - "Lenta” yazır.
Maliyyə məlumatlarını oğurlayan kompüter şəbəkəsi zərərsizləşdirilib
İnterpol və “Kasperski laboratoriyası”, "Microsoft” və “Trend Micro” şirkətləri birgə əməliyyat keçirərək“Simda” kompüter şəbəkəsi (botnet) ilə idarə edilən on komanda serverini nəzarət altına alıblar. Botnet dünyanın 190 ölkəsində, o cümlədən ABŞ, Böyük Britaniya, Rusiya, Kanada və Türkiyədə 770 min kompüteri yoluxdurub və hücuma məruz qalan fərdi kompüterlərdən maliyyə məlumatlarını yükləmək imkanına malik olub. Bu barədə Rusiya şirkətinin məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, əməliyyat kompüterləri yoluxduran şəbəkənin fəaliyyətinə ciddi ziyan vurub ki, bu da kibercinayətkarlar üçün xərclərin və risklərin artmasına səbəb olacaq və gələcəkdə istifadəçi kompüterlərinin yoluxdurulmasının qarşısını alacaq.
İnterpolun Sinqapurdakı qlobal innovasiya kompleksinin koordinasiya etdiyi əməliyyatda Niderlandın Milli yüksək texnologiyalar sahəsində cinayətkarlıqla mübarizə mərkəzi, ABŞ Federal Təhqiqatlar Bürosu, Lüksemburq polisi və Rusiya hüquq-mühafizə orqanları iştirak edib.
“Simda” botneti cinayətkarlar tərəfindən yoluxdurulan internet saytları ilə yayılır. İstifadəçi belə resursa daxil olan zaman zərərli kod son yenilənmə quraşdırılmadığı halda saytı eksploytlarla birlikdə yükləyərək kompüteri yoluxdurur. Cinayətkarlar sonradan kompüterlər üzərində olan nəzarəti satmaqla məşğul olurlar. Fərdi kompüterə çıxış onlara maliyyə məlumatlarının oğurlanması üçün əlavə proqramlar quraşdırmağa imkan verib, - "Lenta” yazır.
Baxış sayı: 592
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir