Tarix:13/04/15
Məlumdur ki, cihazlar elektromaqnit dalğaları buraxır və onlar nə qədər az olsa, bir o qədər yaxşıdır. “CNET” nəşrinin fransız bölməsinin müşahidəçiləri şüa cəhətdən ən təhlükəsiz smartfonları aşkar etməyə cəhd ediblər.
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, ekspertlər populyar smartfonlar üçün elektromaqnit enerji sərfiyyatını müəyyənləşdirən xüsusi udma əmsalını (“Specific Absorption Rate”, “SAR”) ölçüblər. Dünyanın müxtəlif ölkələri üçün “SAR”-ın təhlükəsiz səviyyəsini müəyyən edən normalar mövcuddur. Məsələn, Avropada bu göstərici üçün son qiymət 2 Vatt/kq, Cənubi Koreyada 1,6 Vatt/kq təşkil edir.
“CNET” nəşrinin hesablamasına görə, “Galaxy Mega” modelində elektromaqnit şüasının səviyyəsi azdır, sözügedən qurğunun xüsusi udma əmsalı 0,142 Vatt/kq təşkil edir. Qeyd edək ki, “iPhone 6” smartfonunda bu göstərici 0.972 Vatt/kq-dır.
"Alma" şirkətinin smartfonu “Samsung Galaxy Note” (0,241 Vatt/kq) və “Galaxy S6 Edge” (0,334 Vatt/kq), “LG G3” (0,291 Vatt/kq), “BlackBerry Passport” (0,33 Vatt/kq) və “HTC Desire 620” (0,362 Vatt/kq) kimi modellərdən geri qalıb.
Ən yüksək “SAR” səviyyəsi (1,46 Vatt/kq) “HTC One Mini 2” smartfonunda qeydə alınıb. Ən zərərli smartfonların reytinqində “Nokia Asha 503” (1,43 Vatt/kq) aparatı ikinci, “iPhone 5s” (0,979 Vatt/kq) aparatı üçüncü pillədə qərarlaşıb.
Emil Hüseynov
Ən zərərli smartfonlar bəlli olub
Dünya alimlərinin uzun illər mobil telefonların insanın sağlamlığına təsirini araşdırmasına baxmayaraq, onlar ümumi fikrə gələ bilməyiblər.Məlumdur ki, cihazlar elektromaqnit dalğaları buraxır və onlar nə qədər az olsa, bir o qədər yaxşıdır. “CNET” nəşrinin fransız bölməsinin müşahidəçiləri şüa cəhətdən ən təhlükəsiz smartfonları aşkar etməyə cəhd ediblər.
"ICTnews" elektron xəbər xidməti “3dnews.ru” saytına istinadən bildirir ki, ekspertlər populyar smartfonlar üçün elektromaqnit enerji sərfiyyatını müəyyənləşdirən xüsusi udma əmsalını (“Specific Absorption Rate”, “SAR”) ölçüblər. Dünyanın müxtəlif ölkələri üçün “SAR”-ın təhlükəsiz səviyyəsini müəyyən edən normalar mövcuddur. Məsələn, Avropada bu göstərici üçün son qiymət 2 Vatt/kq, Cənubi Koreyada 1,6 Vatt/kq təşkil edir.
“CNET” nəşrinin hesablamasına görə, “Galaxy Mega” modelində elektromaqnit şüasının səviyyəsi azdır, sözügedən qurğunun xüsusi udma əmsalı 0,142 Vatt/kq təşkil edir. Qeyd edək ki, “iPhone 6” smartfonunda bu göstərici 0.972 Vatt/kq-dır.
"Alma" şirkətinin smartfonu “Samsung Galaxy Note” (0,241 Vatt/kq) və “Galaxy S6 Edge” (0,334 Vatt/kq), “LG G3” (0,291 Vatt/kq), “BlackBerry Passport” (0,33 Vatt/kq) və “HTC Desire 620” (0,362 Vatt/kq) kimi modellərdən geri qalıb.
Ən yüksək “SAR” səviyyəsi (1,46 Vatt/kq) “HTC One Mini 2” smartfonunda qeydə alınıb. Ən zərərli smartfonların reytinqində “Nokia Asha 503” (1,43 Vatt/kq) aparatı ikinci, “iPhone 5s” (0,979 Vatt/kq) aparatı üçüncü pillədə qərarlaşıb.
Emil Hüseynov
Baxış sayı: 639
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir