Tarix:20/04/15
Aİ nümayəndəsi həmçinin kiberhücumların həyata keçirilməsinin qadağan olunduğu vacib obyektlərin siyahısının tərtib edilməsinin zəruriliyini qeyd edib.
Konfransda 100-dən çox ölkədən 1,8 minə yaxın diplomat, hərbçi və informasiya təhlükəsizliyi mütəxəssisi iştirak edib. F.Mogerini və Niderland xarici işlər naziri Bert Kundersin fikrincə, “TV5 Monde” və “Sony Pictures” şirkətlərinə edilən kiberhücumlar, dünyanın bank və maliyyə infrastrukturunda baş verən təxribatlar onu göstərir ki, kiberkampaniyalar dövlətlər və qeyri-dövlət oyunçuları tərəfindən manipulyasiya və siyasi təzyiq alətinə çevrilib.
Öz növbəsində Qərb ölkələrinin nümayəndələri kiberkampaniyaların dövlətlərarası münaqişələrə səbəb olmasının qarşısının alınmasına yönələn mövcud etimad tədbirlərini möhkəmlətməyi və yenilərini işləyib hazırlamağı təklif ediblər. Avstraliya xarici işlər naziri Culiya Bişop və ABŞ Dövlət Departamentinin kibertəhlükəsizlik üzrə koordinatoru Kristofer Peynter bildiriblər ki, yeni qaydalar internetin milli seqmentlərə bölünməsinə gətirib çıxarmamalı və hüquqi qüvvəyə malik olmalıdır, - "SecurityLab” yazır.
Dünya liderləri ölkələrin internetdə davranış qaydalarını hazırlayacaq
Haaqada (Niderland) keçirilən kibertəhlükəsizlik məsələləri üzrə qlobal konfransda Avropa İttifaqı diplomatiyasının rəhbəri Federika Mogerini ölkələrin ərazilərində olan şəbəkə infrastrukturunun digər dövlətlərə kiberhücumların edilməsi üçün istifadəsinə mane olmaqla bağlı qanunun qəbul edilməsi təklifi ilə çıxış edib.Aİ nümayəndəsi həmçinin kiberhücumların həyata keçirilməsinin qadağan olunduğu vacib obyektlərin siyahısının tərtib edilməsinin zəruriliyini qeyd edib.
Konfransda 100-dən çox ölkədən 1,8 minə yaxın diplomat, hərbçi və informasiya təhlükəsizliyi mütəxəssisi iştirak edib. F.Mogerini və Niderland xarici işlər naziri Bert Kundersin fikrincə, “TV5 Monde” və “Sony Pictures” şirkətlərinə edilən kiberhücumlar, dünyanın bank və maliyyə infrastrukturunda baş verən təxribatlar onu göstərir ki, kiberkampaniyalar dövlətlər və qeyri-dövlət oyunçuları tərəfindən manipulyasiya və siyasi təzyiq alətinə çevrilib.
Öz növbəsində Qərb ölkələrinin nümayəndələri kiberkampaniyaların dövlətlərarası münaqişələrə səbəb olmasının qarşısının alınmasına yönələn mövcud etimad tədbirlərini möhkəmlətməyi və yenilərini işləyib hazırlamağı təklif ediblər. Avstraliya xarici işlər naziri Culiya Bişop və ABŞ Dövlət Departamentinin kibertəhlükəsizlik üzrə koordinatoru Kristofer Peynter bildiriblər ki, yeni qaydalar internetin milli seqmentlərə bölünməsinə gətirib çıxarmamalı və hüquqi qüvvəyə malik olmalıdır, - "SecurityLab” yazır.
Baxış sayı: 575
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir