12px13px15px17px
Tarix:20/04/15

İnterpol kiberfırıldaqçılıqla mübarizə üçün kriptovalyuta yaradır

İnterpolun yüksək texnologiyalar sahəsində cinayətlərin təhqiqatı ilə məşğul olan "Interpol Global Complex for Innovation" (IGCI) bölməsi kriptovalyutanın yaradılması və inkişafı ilə bağlı planlarını açıqlayıb.
 
Layihənin məqsədi işçi heyətinə kriptovalyutanın mahiyyətini və ondan kibercinayətlərlə mübarizə üçün istifadəni başa salmaqdır.
 
Təşkilat kibertəhdidlərlə bağlı apardığı təhqiqatlarda aşkar edib ki, virtual pulların əsasını təşkil edən "Blockchain" texnologiyası əməliyyatlarla cəlb olunan zərərli proqramlar üçün boşluqlar yaradır. Bəzi kriptovalyutalarda "Blockchain" üçün açıq yerlər var. Burada şifrlənmiş tranzaksiyalar barədə informasiya saxlanıla bilər. 
 
"Blockchain" texnologiyasına müxtəlif informasiyanı əlavə etmək imkanı ondan qanunsuz kontentin saxlanılması üçün istifadə etməyə şərait yaradır. Beləliklə, yeni layihə çərçivəsində hüquq-mühafizə orqanları bu qanunsuz kontenti əlavə edənləri izləyə bilmək imkanı əldə edəcəklər, - "Payspacemagazine" yazır.   

 
 



Baxış sayı: 643

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024