12px13px15px17px
Tarix:30/04/15

Avropada saxta POS-terminallar hazırlayanlar həbs olunub

Fransa polisi Avropol yanında Kibercinayətkarlıqla Mübarizə Mərkəzinin (EC3 – European Cybercrime Centre) dəstəyi ilə istifadəçi kartlarından və PİN-kodlardan informasiyanı ələ keçirmək üçün saxta POS-terminallardan istifadə edən cinayətkar qrupun səkkiz üzvünü həbs edib.

Törədilmiş cinayət nəticəsində istifadəçilərin hesabından 3 milyon avro oğurlanıb.
 
Saxta POS-terminallar fırıldaqçılar tərəfindən modifikasiya prosesindən keçirildikdən sonra heç nədən şübhələnməyən müştərilərin bank kartlarından məlumatların oğurlanması üçün istifadə olunub. Ödəniş əməliyyatlarını həyata keçirmək üçün qurbanlar kartlarından istifadə ediblər, lakin bu halda saxta qurğular həmişə “offline” olub və heç vaxt bank ödəniş sisteminə qoşulmuş vəziyyətdə olmayıb. Bunun əvəzinə POS-terminallar müştəriyə məxsus kartın informasiyasının surətini çıxararaq saxta qəbzlər çap ediblər. Bəzən isə müştərilər guya qoşulmada yaranan səhvə görə qəbz ala bilməyiblər. Bu vaxt ərzində ödəniş informasiyasının ələ keçirilməsi baş verib, daha sonra müştəridən digər ödəniş üsulu seçmək xahiş olunub.  
 
Qurğuların məhkəmə ekspertizası cinayətin mürəkkəb sxemə malik olmasını aşkar edib. Fransız müstəntiqlər POS-qurğuların saxta POS-terminaldan kart məlumatlarının oğurlanması üçün həqiqi terminal əvəzinə istifadəyə imkan verən aparat və proqram təminatı ilə bağlı texniki manipulyasiyasını ifşa etməyə nail olublar.
 
Saxta qurğular Avropa ölkələrinin taksilərində və endirimli mağazalarında istifadə olunub. Daha sonra cinayətkarlar tərəfindən ələ keçirilən informasiya ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Tailandda kartlardan pulların oğurlanması üçün istifadə edilib, - "Payspacemagazine” yazır.
 



Baxış sayı: 1223

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 Oktyabr 2024

05 10 2024