Tarix:08/09/11
Şirkətdə bildirirlər ki, müasir informasiya texnologiyaları təhlükəsizliyi sahəsi avtomobillərdə əksər elektron hissələrin işinə cavabdeh olması üçün quraşdırılan, getdikcə daha çox istifadə olunan çip və sensor elektron sistemlərin inkişafından geri qalır.
“Avtomobillərdə rəqəmsal texnologiyalara getdikcə daha çox funksiyaların yerləşdirilməsi ilə əlaqədar olaraq bu istiqamətdə haker təhlükəsi də artmaqdadır.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, hakerlərin sizin noutbukunuza və ya elektron poçtunuza müdaxilə etməsi ilə avtomobil sistemlərini sındırmaq arasında fərq böyükdür, belə ki, bu, sizin şəxsi təhlükəsizliyiniz üçün dəhşətli nəticələrə gətirib çıxara bilər”,- deyə “McAfee” şirkətinin baş meneceri Stüart Makkler bildirib.
Hazırda çiplər demək olar avtomobillərin bütün hissələrində, xüsusilə təhlükəsizlik yastıqlarında, əyləc və elektrik ötürücülərində, kondisioner və mühərrikin hərarətinə nəzarət sistemlərində quraşdırılır.
Tam elektronlaşdırılan sistemlər isə oğurluğa qarşı və kommunikasiya üçün nəzərdə tutulan avtomobil sistemləridir.
“McAfee”-də bildirirlər ki, onlar artıq avtomobillərdə fəaliyyət göstərən kompyuter sistemlərinə müdaxilə edilməsi halları ilə rastlaşıblar, hətta bəzi hallarda avtomobil sistemlərinin sındırılması fiziki müdaxilə olmadan baş verib.
“McAfee”-nin hesabatı ilə yanaşı, antivirus proqram təminatı istehsalı üzrə dünyanın ən iri şirkəti “Symantec”-in yeni hesabatını da qeyd etmək lazımdır.
Hesabata əsasən, kibercinayətkarlıq dünya ictimaiyyətinə ildə 388 milyard dollara başa gəlir, hər saniyədə isə 14 nəfər kibercinayətkarlığın bu və ya digər növünün qurbanına çevrilir.
www.mincom.gov.az
Ekspertlər: “ Hakerlər avtomobillər üçün də ciddi təhlükədir”
Haker hücumları üçün növbəti hədəflər avtomobil kompyuter sistemləri, eləcə də evlərdə və sənaye obyektlərində yerləşən intellektual mərkəzlər ola bilər. Bu barədə “McAfee” antivirus şirkətinin ekspertləri dərc etdikləri yeni “Caution: Malware Ahead” hesabatında ictimaiyyəti xəbərdar edirlər.Şirkətdə bildirirlər ki, müasir informasiya texnologiyaları təhlükəsizliyi sahəsi avtomobillərdə əksər elektron hissələrin işinə cavabdeh olması üçün quraşdırılan, getdikcə daha çox istifadə olunan çip və sensor elektron sistemlərin inkişafından geri qalır.
“Avtomobillərdə rəqəmsal texnologiyalara getdikcə daha çox funksiyaların yerləşdirilməsi ilə əlaqədar olaraq bu istiqamətdə haker təhlükəsi də artmaqdadır.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, hakerlərin sizin noutbukunuza və ya elektron poçtunuza müdaxilə etməsi ilə avtomobil sistemlərini sındırmaq arasında fərq böyükdür, belə ki, bu, sizin şəxsi təhlükəsizliyiniz üçün dəhşətli nəticələrə gətirib çıxara bilər”,- deyə “McAfee” şirkətinin baş meneceri Stüart Makkler bildirib.
Hazırda çiplər demək olar avtomobillərin bütün hissələrində, xüsusilə təhlükəsizlik yastıqlarında, əyləc və elektrik ötürücülərində, kondisioner və mühərrikin hərarətinə nəzarət sistemlərində quraşdırılır.
Tam elektronlaşdırılan sistemlər isə oğurluğa qarşı və kommunikasiya üçün nəzərdə tutulan avtomobil sistemləridir.
“McAfee”-də bildirirlər ki, onlar artıq avtomobillərdə fəaliyyət göstərən kompyuter sistemlərinə müdaxilə edilməsi halları ilə rastlaşıblar, hətta bəzi hallarda avtomobil sistemlərinin sındırılması fiziki müdaxilə olmadan baş verib.
“McAfee”-nin hesabatı ilə yanaşı, antivirus proqram təminatı istehsalı üzrə dünyanın ən iri şirkəti “Symantec”-in yeni hesabatını da qeyd etmək lazımdır.
Hesabata əsasən, kibercinayətkarlıq dünya ictimaiyyətinə ildə 388 milyard dollara başa gəlir, hər saniyədə isə 14 nəfər kibercinayətkarlığın bu və ya digər növünün qurbanına çevrilir.
www.mincom.gov.az
Baxış sayı: 1180
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir