Tarix:08/05/15
Qaydaların yenilənməsi ödəniş xidmətləri sahəsində rəqabətin stimullaşdırılmasına, eləcə də ödəniş innovasiyalarının, xüsusilə onlayn mühitdə tətbiqinə yönəlib. Mövcud normalara bütün dəyişikliklər Avropa Parlamenti tərəfindən təsdiq edilməlidir.
"Aİ-də ödəniş xidmətləri bazarı fraqmentləşmiş və bahalı olaraq qalır. Onun dəyəri 130 milyard avro və ya Aİ-nin ÜDM-nin 1 faizini təşkil edir. Aİ iqtisadiyyatı dünya iqtisadiyyatında rəqabətqabiliyyətli qalmaq istəyirsə, bu həcmdə xərclər sərf etməməlidir", - Avropa Parlamentinin deputatı Antonio Tayani bildirib.
Deputat əlavə edib ki, islahatların əsas məqsədi xərcləri azaltmaq, təhlükəsizliyi artırmaq və bazara yeni oyunçuların tranzaksiyalarının və yeni mobil və elektron ödəniş üsullarının yol tapmasına sövq etməkdir.
Ödəyici bank hesablarını onlayn idarə etmək üçün üçüncü tərəfin xidmət və qurğularından istifadə edə biləcək. Öz növbəsində bu hesaba xidmət göstərən bank obyektiv səbəblər olmadan kənar provayderlərin ödəniş hesabına çıxışı bağlaya bilməyəcək.
Bu, banklar tərəfindən bazarı yeni ödəniş xidmətləri üçün bağlamaq imkanını istisna edəcək.
Bildirilir ki, ödəniş xidməti tədarükçüləri istifadəçinin etibarlı autentifikasiyasını təmin edən və fırıldaqçılıq riskini azaldan texnologiyalar tətbiq etməlidir. Şirkətlər istifadəçilərin fərdi məlumatlarının təhlükəsiz kanallar vasitəsilə ötürülməsinə zəmanət verməlidir. Bundan başqa, ödəniş həlləri provayderləri yalnız müştərilərin icazəsi ilə onların minimum informasiyasından istifadə edə biləcəklər.
Ödənişlər üçün komissiyanın, tranzaksiyanın qaytarılma tarifinin və sairin daxil olacağı razılaşdırılmış mətnə dəyişikliklər Avropa Parlamenti deputatları, Nazirlər Şurası və Avropa Komissiyası tərəfindən müzakirə ediləcək. Sazişin son variantı Avropa Parlamentinə səsvermə üçün təqdim olunacaq, - "Payspacemagazine" yazır.
Avropa İttifaqı ödəniş sistemində islahatlar aparacaq
Ödəniş xidmətləri sahəsində Avropa qanunvericiliyi təhlükəsizlik sistemlərinin təkmilləşdirilməsi, innovasiyaların tətbiqi və istehlakçı təcrübəsinin müxtəlifliyi məqsədilə yenilənəcək. Bu barədə Avropa İttifaqının (Aİ) İqtisadiyyat və monetar siyasət üzrə komitəsinin məlumatında deyilir.Qaydaların yenilənməsi ödəniş xidmətləri sahəsində rəqabətin stimullaşdırılmasına, eləcə də ödəniş innovasiyalarının, xüsusilə onlayn mühitdə tətbiqinə yönəlib. Mövcud normalara bütün dəyişikliklər Avropa Parlamenti tərəfindən təsdiq edilməlidir.
"Aİ-də ödəniş xidmətləri bazarı fraqmentləşmiş və bahalı olaraq qalır. Onun dəyəri 130 milyard avro və ya Aİ-nin ÜDM-nin 1 faizini təşkil edir. Aİ iqtisadiyyatı dünya iqtisadiyyatında rəqabətqabiliyyətli qalmaq istəyirsə, bu həcmdə xərclər sərf etməməlidir", - Avropa Parlamentinin deputatı Antonio Tayani bildirib.
Deputat əlavə edib ki, islahatların əsas məqsədi xərcləri azaltmaq, təhlükəsizliyi artırmaq və bazara yeni oyunçuların tranzaksiyalarının və yeni mobil və elektron ödəniş üsullarının yol tapmasına sövq etməkdir.
Ödəyici bank hesablarını onlayn idarə etmək üçün üçüncü tərəfin xidmət və qurğularından istifadə edə biləcək. Öz növbəsində bu hesaba xidmət göstərən bank obyektiv səbəblər olmadan kənar provayderlərin ödəniş hesabına çıxışı bağlaya bilməyəcək.
Bu, banklar tərəfindən bazarı yeni ödəniş xidmətləri üçün bağlamaq imkanını istisna edəcək.
Bildirilir ki, ödəniş xidməti tədarükçüləri istifadəçinin etibarlı autentifikasiyasını təmin edən və fırıldaqçılıq riskini azaldan texnologiyalar tətbiq etməlidir. Şirkətlər istifadəçilərin fərdi məlumatlarının təhlükəsiz kanallar vasitəsilə ötürülməsinə zəmanət verməlidir. Bundan başqa, ödəniş həlləri provayderləri yalnız müştərilərin icazəsi ilə onların minimum informasiyasından istifadə edə biləcəklər.
Ödənişlər üçün komissiyanın, tranzaksiyanın qaytarılma tarifinin və sairin daxil olacağı razılaşdırılmış mətnə dəyişikliklər Avropa Parlamenti deputatları, Nazirlər Şurası və Avropa Komissiyası tərəfindən müzakirə ediləcək. Sazişin son variantı Avropa Parlamentinə səsvermə üçün təqdim olunacaq, - "Payspacemagazine" yazır.
Baxış sayı: 712
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir