12px13px15px17px
Tarix:27/05/15

Nazir müavini: “Artıq əlillik müayinəsi üçün bütün göndərişlərin səhiyyə müəssisələri tərəfindən TSEK-lərə göndərilməsi elektron qaydada həyata keçirilir”

Artıq əlillik müayinəsi üçün bütün göndərişlərin səhiyyə müəssisələri tərəfindən TSEK-lərə göndərilməsi elektron qaydada həyata keçirilir.

Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemindəki tibbi-sosial ekspertiza və reabilitasiya alt-sistemi əlillik müayinəsi və onun nəticələri barədə məlumatların aidiyyəti qurumlar arasında elektron mübadiləsinə xidmət edir.
 
Bu da həmin sahədə kağız daşıyıcılardan istifadənin və məmur-vətəndaş təmaslarının xeyli məhdudlaşmasına, şəffaflığın təminatına yönəlib. Bu fikri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.
 
Nazirliyin (ƏƏSMN) Abşeron və Xızı rayonları üzrə 13 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) yeni iş şəraiti ilə tanış olan N.Məmmədov tibbi-sosial ekspertiza və reabilitasiya xidməti sahəsində şəffaflığın təmin olunması və əlillik müayinələrinin aparılmasına nəzarətin gücləndirilməsi nəticəsində reabilitasiya göstəricilərinin artmaqda olduğunu diqqətə çatdırıb. O bildirib ki, cari ilin ilk rübündə təkrar əlillik müayinəsi aparılan şəxslərdən 1626 nəfəri (3,2%) tam reabilitasiya edilib. Bu dövrdə hissəvi reabilitasiya olunanların sayı 251 nəfər artıb və hissəvi reabilitasiya 2%-dən 2,7%-ə yüksəlib, ilkin olaraq sağlamlıq imkanları məhdud 18 yaşadək uşaq hesab edilənlərin sayı isə 1515 nəfər azalıb.
 
Əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin, o cümlədən əlilliyin qiymətləndirilməsi meyarlarının təkmilləşdirilməsi işlərinin davam etdirildiyini qeyd edən nazir müavini burada əsas məqsədin əlilliyi olan şəxslərin fəaliyyət və nəticə etibarilə sosial reabilitasiya potensialının müəyyən edilməsi və reallaşdırılmasına imkan yaradılması olduğunu nəzərə çatdırıb.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 631

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024