12px13px15px17px
Tarix:30/05/15

İnterpol biometrik pasportların tətbiqini dəstəkləyir

İnterpolun əməliyyatların idarə edilməsi şöbəsinin rəhbəri Mik Okonnel Asiya-Sakit okean ölkələrini beynəlxalq polis təşkilatına axtarışda olan cinayətkarların effektiv izlənməsi və həbs olunması məqsədilə biometrik məlumatlarla bağlı ətraflı informasiya təqdim etməyə çağırıb.
 
 
Biometriya İnstitutunun illik konfransında çıxış edən şöbə rəhbəri deyib ki, Avstraliya və onun qonşu ölkələri bu məsələdə digər ölkələrlə müqayisədə geri qalır.
 
İnterpol 170 ölkənin cinayətkarları haqqında 210 min fərdi məlumatın saxlanıldığı transsərhəd avtomatlaşdırılmış daktiloskopik identifikasiya sistemindən istifadə edir və buradakı məlumatların yalnız 3 faizi Asiya-Sakit okean regionu tərəfindən verilib.
 
Həmçinin axtarışda olan insanlar haqqında 155 min faylın olduğu beynəlxalq DNK sistemi fəaliyyət göstərir. Sistemin iş prinsipi sifətin tanınmasına əsaslanır. Arxivdə 250 min məlumat var.
 
Hər iki sistem hüquq-mühafizə orqanlarının məhkəmə təqibindən yayınmaq üçün saxta sənədlərdən yararlanan cinayətkar şəxslərin sərhədi keçməsi barədə məlumatlandırılması üçün istifadə olunur.
 
İnterpol təmsilçisi çıxışında bəyan edib ki, Avropa DNK məlumatları haqqında informasiyanı Asiya-Sakit okean regionuna nisbətən 623 dəfə çox təqdim edir, - "HPORT” yazır.  
 



Baxış sayı: 1044

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024