Tarix:02/06/15
O qeyd edib ki, ötən il atom stansiyalarına haker hücumları qeydə alınıb.
Vyanada başlayan konfrans BAEA-nın himayəsi ilə keçirilir. Tədbirdə 92 ölkədən və 17 regional və beynəlxalq təşkilatdan 650 ekspert iştirak edir.
Konfransın məqsədi dünya miqyasında nüvə obyektlərinin və materiallarının, eləcə də onlarla əlaqədar obyektlərin kiberhücumlardan mühafizəsi üzrə informasiya və təcrübə mübadiləsi və əməkdaşlığın möhkəmləndirilməsidir.
Görüş iştirakçılarına müzakirə üçün təqdim edilən mövzular arasında ölkə miqyasında kompüter təhlükəsizliyi, kibertəhdidlər sahəsində hazırkı tendensiyalar və onlardan mühafizə, kompüter təhlükəsizliyinin nüvə təhlükəsizliyinin təminində rolu, kompüter təhdidlərinin təhlili, sənaye sahəsində idarəetmə sistemlərinin kompüter təhlükəsizliyi və kompüter təhlükəsizliyi üzrə əməliyyatların həyata keçirilməsi təcrübəsi yer alıb.
Y.Amano vurğulayıb ki, kiberhücumların həyata keçirilməsi və ya planlaşdırılması barədə məlumatlar müasir dünyada gündəlik xəbərlərə çevrilib və onlardan nüvə sənayesi də sığortalanmayıb. Onun sözlərinə görə, ötən il atom elektrik stansiyalarına həm məqsədyönlü olmayan, həm də məqsədyönlü haker hücumları edilib, - BMT saytı yazır.
Vyanada hakerlərin nüvə obyektlərinə hücumlarının qarşısının alınması yolları müzakirə olunur
Vyanada nüvə dünyasında kompüter təhlükəsizliyi üzrə konfransın açılışında çıxış edən Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano terrorçuların və digər cinayətkarların nüvə obyektlərinə kiberhücumlarının qarşısını almaq üçün tədbirləri möhkəmləndirməyə çağırıb.O qeyd edib ki, ötən il atom stansiyalarına haker hücumları qeydə alınıb.
Vyanada başlayan konfrans BAEA-nın himayəsi ilə keçirilir. Tədbirdə 92 ölkədən və 17 regional və beynəlxalq təşkilatdan 650 ekspert iştirak edir.
Konfransın məqsədi dünya miqyasında nüvə obyektlərinin və materiallarının, eləcə də onlarla əlaqədar obyektlərin kiberhücumlardan mühafizəsi üzrə informasiya və təcrübə mübadiləsi və əməkdaşlığın möhkəmləndirilməsidir.
Görüş iştirakçılarına müzakirə üçün təqdim edilən mövzular arasında ölkə miqyasında kompüter təhlükəsizliyi, kibertəhdidlər sahəsində hazırkı tendensiyalar və onlardan mühafizə, kompüter təhlükəsizliyinin nüvə təhlükəsizliyinin təminində rolu, kompüter təhdidlərinin təhlili, sənaye sahəsində idarəetmə sistemlərinin kompüter təhlükəsizliyi və kompüter təhlükəsizliyi üzrə əməliyyatların həyata keçirilməsi təcrübəsi yer alıb.
Y.Amano vurğulayıb ki, kiberhücumların həyata keçirilməsi və ya planlaşdırılması barədə məlumatlar müasir dünyada gündəlik xəbərlərə çevrilib və onlardan nüvə sənayesi də sığortalanmayıb. Onun sözlərinə görə, ötən il atom elektrik stansiyalarına həm məqsədyönlü olmayan, həm də məqsədyönlü haker hücumları edilib, - BMT saytı yazır.
Baxış sayı: 605
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir