12px13px15px17px
Tarix:02/06/15

Smartfonların təhlükəsizliyini necə təmin etmək olar?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi smartfonların təhlükəsizliyini təmin etmək üçün bir sıra qaydaları açıqlayıb.
 
Mərkəzin təhlükəsizliyin təmin olunması ilə bağlı ilk tövsiyəsi smartfonun şifrə ilə qorunmasıdır.
 
Bununla yanaşı, istifadəçilərə əməliyyat sistemini yeniləmək, ictimai şəbəkə vasitəsilə həssas məlumatları istifadə etməkdən çəkinmək, proqramları etibarlı mənbədən yükləmək, həmçinin proqramları yükləyərkən tələb olunan informasiyaya nəzər yetirmək tövsiyə olunur.
 
 
İstifadə etmədikdə “Wi-Fi” və “Bluetooth”u söndürmək, məlumatları şifrələmək, eləcə də məlumatların ehtiyat nüsxəsini yaratmaq kimi qaydalar da smartfonların təhlükəsizliyinin qorunması baxımından önəm daşıyır.
 
 
CAHANGİR
 
 



Baxış sayı: 788

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024