Tarix:03/06/15
Mətbuat konfransı zamanı fond rəhbəri Toitiro Midzusima bildirib ki, sistemi yoluxduran virus fondun kompüterlərindən birində açılan elektron məktubda olub. T.Midzusimanın sözlərinə görə, hazırda insidentlə bağlı araşdırmalar aparılır və gələcəkdə belə halların baş verməməsi üçün lazımi tədbirlər görülür.
Yaponiya Pensiya Fondu müdaxilə nəticəsində məlumatları oğurlanan bütün şəxslərə yeni identifikasiya nömrələri vermək niyyətindədir.
Məlum olub ki, kiberhücum mayın 28-də həyata keçirilib. Hücumun kim tərəfindən törədilməsi hələ ki məlum deyil. Fond rəhbəri dəymiş maddi ziyanın həcmi və pensiya hesablarına qanunsuz müdaxilə hallarının sayı barədə məlumat verməyib, - "SecurityLab” yazır.
Hakerlər Yaponiya Pensiya Fondundan 1,25 milyon vətəndaşın fərdi məlumatını oğurlayıb
Yaponiya Dövlət Pensiya Fondunun kompüter sisteminə naməlum cinayətkarlar tərəfindən müdaxilə nəticəsində 1,25 milyon vətəndaşın fərdi məlumatı oğurlanıb. Oğurlanan informasiyaya təqaüdçülərin adları, identifikasiya nömrələri, təvəllüdü və ünvanları daxildir.Mətbuat konfransı zamanı fond rəhbəri Toitiro Midzusima bildirib ki, sistemi yoluxduran virus fondun kompüterlərindən birində açılan elektron məktubda olub. T.Midzusimanın sözlərinə görə, hazırda insidentlə bağlı araşdırmalar aparılır və gələcəkdə belə halların baş verməməsi üçün lazımi tədbirlər görülür.
Yaponiya Pensiya Fondu müdaxilə nəticəsində məlumatları oğurlanan bütün şəxslərə yeni identifikasiya nömrələri vermək niyyətindədir.
Məlum olub ki, kiberhücum mayın 28-də həyata keçirilib. Hücumun kim tərəfindən törədilməsi hələ ki məlum deyil. Fond rəhbəri dəymiş maddi ziyanın həcmi və pensiya hesablarına qanunsuz müdaxilə hallarının sayı barədə məlumat verməyib, - "SecurityLab” yazır.
Baxış sayı: 568
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir