Tarix:05/06/15
Tədbir çərçivəsində "Təşkilatların Rəqəmli transformasiyası "PCİ-DSS" bank kartlarının təhlükəsizlik sənayesinin standartlarına uyğunluq yolu", "Kill-Chain" strategiyası - sıfırıncı günün hücumlarının dayandırılması" və s. mövzularda məruzələr təqdim edilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, informasiya təhlükəsizliyi və data mərkəzlərin transformasiyasına həsr olunmuş tədbir, “IDC” analitik şirkətinin Mərkəzi Asiyada və Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunub.
Konfrans çərçivəsində iştirakçılar qeyd edilən sahələr üçün nəzərdə tutulmuş aparıcı dünya və yerli istehsalçıların məhsulları ilə tanış olub və mütəxəssislərlə onları müzakirə etmək imkanı əldə ediblər.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan gələcək tərəqqisini elmtutumlu texnologiyaların, kosmik sənayenin, nano, bio- texnologiyaların inkişafında görür. "Məhz buna görə də qeyd edilən prioritet sahələrin inkişafı fonunda informasiya təhlükəsizliyi ilə bağlı risklərin qarşısını almaq üçün tədbirlərin görülməsi əsas şərtdir. Bu cür konfransların keçirilməsi də bu istiqamətdə aparılan əhəmiyyətli addımlardan biridir", - deyə nazır müavini qeyd edib.
Qeyd edək ki, konfrans bir sıra vacib mövzuları əhatə edib:
mühafizə və kritik vacib İT-sistemlərin fasiləsiz işinin təmin edilməsi
Tədbir CISO, CIO, CTO informasiya texnologiyaları və korporativ təhlükəsizlik üzrə rəhbərlər, yerli və xarici ekspertlər üçün nəzərdə tutulub.
Bakıda “IDC” şirkətinin İT təhlükəsizliyi üzrə beynəlxalq konfransı keçirilir
Bu gün Bakıda "IDC İT Security and datacenter transformation roadshow 2015" keçirilir.Tədbir çərçivəsində "Təşkilatların Rəqəmli transformasiyası "PCİ-DSS" bank kartlarının təhlükəsizlik sənayesinin standartlarına uyğunluq yolu", "Kill-Chain" strategiyası - sıfırıncı günün hücumlarının dayandırılması" və s. mövzularda məruzələr təqdim edilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, informasiya təhlükəsizliyi və data mərkəzlərin transformasiyasına həsr olunmuş tədbir, “IDC” analitik şirkətinin Mərkəzi Asiyada və Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunub.
Konfrans çərçivəsində iştirakçılar qeyd edilən sahələr üçün nəzərdə tutulmuş aparıcı dünya və yerli istehsalçıların məhsulları ilə tanış olub və mütəxəssislərlə onları müzakirə etmək imkanı əldə ediblər.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycan gələcək tərəqqisini elmtutumlu texnologiyaların, kosmik sənayenin, nano, bio- texnologiyaların inkişafında görür. "Məhz buna görə də qeyd edilən prioritet sahələrin inkişafı fonunda informasiya təhlükəsizliyi ilə bağlı risklərin qarşısını almaq üçün tədbirlərin görülməsi əsas şərtdir. Bu cür konfransların keçirilməsi də bu istiqamətdə aparılan əhəmiyyətli addımlardan biridir", - deyə nazır müavini qeyd edib.
Qeyd edək ki, konfrans bir sıra vacib mövzuları əhatə edib:
- İnformasiya təhlükəsizliyi sahəsinin tənzimlənməsi. Federal qanunvericilikdə və sahə standartlarında əsas tendensiyalar. İdxalın əvəz edilməsi təcrübəsi.
- İnformasiya təhlükəsizliyi risklərinin idarə edilməsi: GRC konsepsiyası və informasiya risklərinin idarə edilməsi sistemləri (SIEM, SVM, fraud prevention)
- İnformasiya təhlükəsizliyinə yönəldilən sərmayələrin effektivliyinin qiymətləndirilməsi
- Məqsədli hücumlara müqavimət. Təcrübədən nümunələr. DooS-hücumlardan
mühafizə və kritik vacib İT-sistemlərin fasiləsiz işinin təmin edilməsi
- Daxili təhdidlərin qarşısının alınması: korporativ proqram təminatının
- Mobil təhlükəsizlik: mobil qurğularda məlumatların mühafizəsinin təmin edilməsi və mobil istifadəçilərin çıxış hüquqlarının idarə edilməsi
- Bulud və virtual infrastrukturların təhlükəsizliyinin təmin edilməsi üzrə müasir həllər
Tədbir CISO, CIO, CTO informasiya texnologiyaları və korporativ təhlükəsizlik üzrə rəhbərlər, yerli və xarici ekspertlər üçün nəzərdə tutulub.
Baxış sayı: 918
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir