Tarix:10/09/11
Ehtimal edilir ki, kibercinayətkarlar tərəfindən Hollandiyanın “DigiNotar SSL”- sertifkatlaşdırma mərkəzinin “qırılma”sından sonra nəzəri cəhətdən belə bir halın olması mümkündür.
Qeyd olunan “qırılma” hadisəsindən sonra, hadisənin araşdırılmasına dünyanın böyük antivirus şirkətləri və müstəqil İT şirkətləri qoşulublar.
Onların bir çoxu qeyd edib ki, “SSL”-sertifikatların oğurlanması ilə bağlı zərər yalnız “Google” şirkətinə dəyməyib, lakin ehtimal ki, kibercinayətkarların əsas məqsədi, məhz bu şirkət olub.
Araşdırma prosesində müəyyən edilib ki, sertifikatların oğurlanması, məhz İran istifadəçilərinə, daha dəqiq müxalifətçilərə və siyasi fəallara qarşı yönəldilib.
Bu həftənin əvvəlinə olan məlumatlara əsasən, hakerlər İranda artıq “Google” xidmətlərini imitasiya (təqlid edən) saxta xidmətlər yarada biliblər və onlara saxta sertifikatlar vasitəsilə təxminən 300 000 istifadəçi müraciət edib.
Bununla əlaqədar “Google” şirkəti dünən İran istifadəçilərinə yalnız “Gmail” üçün parolu dəyişdirmək deyil, həm də elektron məktubun sahibi haqqında xidməti informasiyanı yoxlamaq kimi təkliflə müraciət edib. Həmçinin, istifadəçilərə digər proqramlar, xüsusilə “Google Docs” üçün parolları dəyişdirmək məsləhət görülüb.
İranlılar “Gmail”də olan poçtlarının parollarını dəyişməlidirlər
“Google” internet şirkəti İran internet istifadəçilərinə xəbərdarlıq edib. Xəbərdarlığa əsasən, onlara “Gmail” poçt sistemindəki poçt qutuları üçün parollarını dəyişdirmək məsləhət görülüb, belə ki elektron poçtların hakerlər tərəfindən “sındırılma” ehtimalı var.Ehtimal edilir ki, kibercinayətkarlar tərəfindən Hollandiyanın “DigiNotar SSL”- sertifkatlaşdırma mərkəzinin “qırılma”sından sonra nəzəri cəhətdən belə bir halın olması mümkündür.
Qeyd olunan “qırılma” hadisəsindən sonra, hadisənin araşdırılmasına dünyanın böyük antivirus şirkətləri və müstəqil İT şirkətləri qoşulublar.
Onların bir çoxu qeyd edib ki, “SSL”-sertifikatların oğurlanması ilə bağlı zərər yalnız “Google” şirkətinə dəyməyib, lakin ehtimal ki, kibercinayətkarların əsas məqsədi, məhz bu şirkət olub.
Araşdırma prosesində müəyyən edilib ki, sertifikatların oğurlanması, məhz İran istifadəçilərinə, daha dəqiq müxalifətçilərə və siyasi fəallara qarşı yönəldilib.
Bu həftənin əvvəlinə olan məlumatlara əsasən, hakerlər İranda artıq “Google” xidmətlərini imitasiya (təqlid edən) saxta xidmətlər yarada biliblər və onlara saxta sertifikatlar vasitəsilə təxminən 300 000 istifadəçi müraciət edib.
Bununla əlaqədar “Google” şirkəti dünən İran istifadəçilərinə yalnız “Gmail” üçün parolu dəyişdirmək deyil, həm də elektron məktubun sahibi haqqında xidməti informasiyanı yoxlamaq kimi təkliflə müraciət edib. Həmçinin, istifadəçilərə digər proqramlar, xüsusilə “Google Docs” üçün parolları dəyişdirmək məsləhət görülüb.
Baxış sayı: 1281
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir