12px13px15px17px
Tarix:10/06/15

Müasir mobil qurğular ətraf mühitə ziyan vurur?

Aparılan araşdırmalardan məlum olub ki, indiki biznes modelləri ətraf mühitə ziyan vurur. Alimlər bununla əlaqədar mobil qurğular və mobil kontraktlar sistemlərinin hazırlanma prosesini modernləşdirməyə çağırır.
 
Belə ki, Surrey Universitetinin tədqiqatçıları tərəfindən mobil qurğunun istehsalı, istifadəsi və utilizasiyası təhlil olunub.
 
Tədqiqat göstərib ki, müasir mobil biznes modelləri daima yenilənməyə ehtiyac duyur. Aktiv yenilənmənin təşviq edildiyi, utilizasiya sxemlərinin kifayət qədər fəal inkişaf etmədiyi istehsallarda mobil telefonun ayrılmaz hissəsi olan qiymətli materiallar itirilir.
 
Nəticədə ətraf mühitə əlavə qeyri-üzvi tullantılar, eləcə də əlavə qeyri-üzvi maddələrin təsiri ilə ziyan vurulur.  
 
Tədqiqatçılar vəziyyətdən çıxış yolu kimi qurğular üçün “bulud” xidməti sistemlərini təklif edirlər. Bu, məlumatların emalını və saxlanılmasını internet vasitəsilə serverə köçürməyə imkan verəcək, nəticədə qurğular quruluşuna görə sadə, uzunömürlü olacaq və az qiymətli material tələb edəcək, - "Newsland” yazır. 



Baxış sayı: 608

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024