Tarix:16/06/15
Mütəxəssislər tərəfindən həmçinin hansı müəssisələrin cinayətkarları daha çox maraqlandırması, kiberhücumu tanımaq üçün nə qədər vaxtın sərf olunması və ən çox yayılan kiberhücum üsulları müəyyənləşdirilib.
Hesabat 2014-cü ildə 15 ölkədə qeydə alınan 574 insidentin təhlili əsasında tərtib olunub.
Cinayətkarlar kiberfırıldaqçılıq üçün lazım olan mexanizmlərin yaradılması və istismarına yatırdıqları investisiyalardan 1425 faiz gəlir əldə edirlər (hər yatırılan 5,900 dollardan xalis gəlir 84,100 dollar təşkil edib).
Bildirilir ki, sınaqdan keçirilən mobil əlavələrin 98 faizində ən azı bir boşluq olub. Bir əlavədə fasilələrin maksimal sayı 747-yə çatıb. 2014-cü ildə əlavələrdəki boşluqların orta sayı əvvəlki illə müqayisədə 43 faiz artıb. Bu, onların hakerlər tərəfindən ələ keçirilməsi üçün imkan yaradır.
Həmçinin qeyd olunur ki, insanlar etibarsız parollardan istifadəni davam etdirir. Parolların yalnız 40 faizində 9 və daha çox simvol olur. Bununla yanaşı, 8 işarədən ibarət parolun sındırılması üçün bir sutka, 10 simvoldan ibarət parol üçün 591 gün tələb olunur.
Daha çox kiberhücumlara məruz qalanlar ABŞ sakinləridir.
O da vurğulanır ki, pərakəndə satış hakerlər üçün daha çox (43 faiz) maraq kəsb edir, sonrakı yerlərdə restoran (13 faiz) və hotel biznesi (12 faiz) qərarlaşıb.
Kiberhücumların 42 faizi elektron ticarət sahəsində, 40 faizi ödəniş terminallarında cəmləşib. Baş verən hadisələrin 31 faizində cinayətkarlar ödəniş kartı məlumatlarını oğurlayırlar. 20 faiz məxfi informasiyanın kompromatının payına düşür.
Qurbanların əksəriyyəti (81 faiz) insidentləri müstəqil şəkildə aşkarlaya bilməyib. Problemlərin əvvəlcədən müstəqil şəkildə aşkarlanması cinayətkarların axtarışı prosesini xeyli sürətləndirir, - "Payspacemagazine” yazır.
Kibercinayətkarların gəlirləri xərcləri 1500 faiz üstələyir
“Trustwave” kibertəhdidlərdən mühafizə sahəsində həllər provayderi “Qlobal təhlükəsizlik 2015” hesabatını dərc edib. Sənəddə kibercinayətkarlıq sahəsində əsas tendensiyalar, o cümlədən kibercinayətkarların internetdə qeyri-qanuni əməliyyatlardan gəlirlərinin necə artması göstərilib.Mütəxəssislər tərəfindən həmçinin hansı müəssisələrin cinayətkarları daha çox maraqlandırması, kiberhücumu tanımaq üçün nə qədər vaxtın sərf olunması və ən çox yayılan kiberhücum üsulları müəyyənləşdirilib.
Hesabat 2014-cü ildə 15 ölkədə qeydə alınan 574 insidentin təhlili əsasında tərtib olunub.
Cinayətkarlar kiberfırıldaqçılıq üçün lazım olan mexanizmlərin yaradılması və istismarına yatırdıqları investisiyalardan 1425 faiz gəlir əldə edirlər (hər yatırılan 5,900 dollardan xalis gəlir 84,100 dollar təşkil edib).
Bildirilir ki, sınaqdan keçirilən mobil əlavələrin 98 faizində ən azı bir boşluq olub. Bir əlavədə fasilələrin maksimal sayı 747-yə çatıb. 2014-cü ildə əlavələrdəki boşluqların orta sayı əvvəlki illə müqayisədə 43 faiz artıb. Bu, onların hakerlər tərəfindən ələ keçirilməsi üçün imkan yaradır.
Həmçinin qeyd olunur ki, insanlar etibarsız parollardan istifadəni davam etdirir. Parolların yalnız 40 faizində 9 və daha çox simvol olur. Bununla yanaşı, 8 işarədən ibarət parolun sındırılması üçün bir sutka, 10 simvoldan ibarət parol üçün 591 gün tələb olunur.
Daha çox kiberhücumlara məruz qalanlar ABŞ sakinləridir.
O da vurğulanır ki, pərakəndə satış hakerlər üçün daha çox (43 faiz) maraq kəsb edir, sonrakı yerlərdə restoran (13 faiz) və hotel biznesi (12 faiz) qərarlaşıb.
Kiberhücumların 42 faizi elektron ticarət sahəsində, 40 faizi ödəniş terminallarında cəmləşib. Baş verən hadisələrin 31 faizində cinayətkarlar ödəniş kartı məlumatlarını oğurlayırlar. 20 faiz məxfi informasiyanın kompromatının payına düşür.
Qurbanların əksəriyyəti (81 faiz) insidentləri müstəqil şəkildə aşkarlaya bilməyib. Problemlərin əvvəlcədən müstəqil şəkildə aşkarlanması cinayətkarların axtarışı prosesini xeyli sürətləndirir, - "Payspacemagazine” yazır.
Baxış sayı: 616
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir