12px13px15px17px
Tarix:17/06/15

Mayda 44,5 milyon yeni zərərli proqram təminatı növü aşkarlanıb

“Symantec” şirkəti may üçün hesabat təqdim edərək ay ərzində şəbəkəyə 44,5 milyon zərərli kod versiyası buraxan kibercinayətkarların fəallığında artımın olmasını açıqlayıb. Bu, ötən ayın göstəricisini 50 faiz üstələməklə rekord göstəricidir. Apreldə təhdidlərin sayı 29,2 milyona bərabər olub. Bundan əvvəlki rekord martda qeydə alınmaqla 35,8 milyon təşkil edib. 
 
İlin əvvəlindən ən sakit ay 26,5 milyon zərərli kod nümunəsinin aşkarlandığı fevral olub. “OS X” sistemindən ən populyar troyan kompüterin DNS funksiyalarını dəyişən və trafiki cinayətkarların nəzarəti altında olan saytlara yönəldən “OSX.RSPlug.A” troyanıdır. Mayda zərərli proqramların qeydə alınması 23,9 faiz (+4 faiz) təşkil edib, sonrakı yerlərdə "Keylogger” (14 faiz) və “Wirelurker”  (9 faiz) əlavələri yer alıb.
 
Bununla yanaşı, mayda əsas məqsədi ən azı 250 əməkdaşın çalışdığı təşkilatlar olan fişinq hücumların sayı azalmaqda (30,6 faiz) davam edir. Apreldə bu göstərici 42,5 faiz təşkil edib. Elektron poçt məktublarına daha çox (40 faiz) “Microsoft Word” proqramına aid “DOC” və “DOCX” formatlı fayllar əlavə olunub, - "Internetua” yazır.



Baxış sayı: 540

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024