Tarix:18/06/15
"ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, bu problem 2012-ci ildə buraxılmış “Galaxy S3” qurğusundan başlayaraq “Samsung” şirkətinin “Android” mobil platforması ilə işləyən bütün smartfonlarında qeydə alınıb.
“NowSecure” şirkətinin qiymətləndirməsinə görə, belə qurğuların sayı təxminən 600 milyona yaxındır. Boşluq klaviaturanın işinə cavabdeh proqram təminatında aşkar edilib və standart klaviaturanı söndürməklə bu problemi həll etmək mümkün deyil.
Ekspertlər potensial təhlükənin ciddiliyini 10 ballıq şkala üzrə 8,3 balla qiymətləndiriblər.
“NowSecure” şirkəti dəqiqləşdirir ki, bu boşluğa müdaxilə heç də asan deyil: bu boşluqdan istifadə etmək üçün klaviaturanın proqram təminatının yenilənməsi zamanı qurğuya qoşulmaq lazımdır.
Emil Hüseynov
“Samsung”un bütün smartfonlarında boşluq aşkar edilib
“NowSecure” şirkətinin tədqiqatçıları “Samsung” şirkətinin istehsalı olan smartfonların proqram təminatında boşluq aşkar ediblər və nəticədə təhlükəsizliyi qorunmayan “Wi-Fi” şəbəkəsi vasitəsilə qurğu sahibinin məlumatlarına müdaxilə mümkündür."ICTnews" elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, bu problem 2012-ci ildə buraxılmış “Galaxy S3” qurğusundan başlayaraq “Samsung” şirkətinin “Android” mobil platforması ilə işləyən bütün smartfonlarında qeydə alınıb.
“NowSecure” şirkətinin qiymətləndirməsinə görə, belə qurğuların sayı təxminən 600 milyona yaxındır. Boşluq klaviaturanın işinə cavabdeh proqram təminatında aşkar edilib və standart klaviaturanı söndürməklə bu problemi həll etmək mümkün deyil.
Ekspertlər potensial təhlükənin ciddiliyini 10 ballıq şkala üzrə 8,3 balla qiymətləndiriblər.
“NowSecure” şirkəti dəqiqləşdirir ki, bu boşluğa müdaxilə heç də asan deyil: bu boşluqdan istifadə etmək üçün klaviaturanın proqram təminatının yenilənməsi zamanı qurğuya qoşulmaq lazımdır.
Emil Hüseynov
Baxış sayı: 532
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Tanınmış antivirus şirkəti Azərbaycan bazarına daxil olmaq istəyir
- BMT müəssisələri kibertəhlükələrlə mübarizə aparacaq
- Mobil telefonların İMEİ kodları
- ABŞ məmurlarının və siyasətçilərinin hesabları sındırılıb
- Hakerlər “Sony” şirkətini “sındırdı”
- “Panasonic” smartfon bazarına çıxır
- Şimali Koreya ixtisaslı hakerlər yetişdirir
- Facebook hakerlarin diqqət mərkəzindədir
- VİRTUAL ALƏMİN İNTELLEKTUAL OĞRULARI
- Azərbaycanda şəbəkə insidentləri və virus aktivliyi
- iOS 5-i sındırıblar
- Rusiyada “Təhlükəsiz İnternet Cəmiyyəti” yaranıb
- Yunanıstanda İnterpol və Pentaqonun saytlarını qıran haker həbs edilib
- NASA dünya ictimaiyyətini diqqətli olmağa çağırıb
- Yeni Zellandiya kibertəhlükəsizlik strategiyasını həyata keçirir