Tarix:19/06/15
Universitet rektoru, professor Ə.Muradov ADİU tərəfindən bundan sonra da startapçıların dəstəklənəcəyini bildirərək, yeni layihələrin daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələrini verib.
Həqiqət İSABALAYEVA
İnnovativ Biznes İnkubatorunun startapçıları yeni layihələr təqdim ediblər
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov ADİU-nun İnnovativ Biznes İnkubatorunun startapçıları ilə görüşüb. Tədbirdə Biznes İnkubatorunun startaplarının icra vəziyyəti barədə məlumat verilib. Onların biznes aspekti baxımından səmərəliliyi təhlil edilib. Layihələrin mənfəət göstəricilərinin artırılması yolları müzakirə edilib. Qarşıya çıxan maneələrin aradan qaldırılması üçün görüş iştirakçıları təkliflərlə çıxış edib, öz tövsiyələrini veriblər. Universitetdən qeyd edilib ki, sonra ADİU və digər universitet tələbələri yeni layihələrinin təqdimatını keçirib. Təqdim olunan layihələr əsasən maliyyə təlimləri və xidmət sektorunu əhatə edib. Startapçı olmaq istəyən gənclər layihələrinin əhəmiyyətindən danışıblar.Universitet rektoru, professor Ə.Muradov ADİU tərəfindən bundan sonra da startapçıların dəstəklənəcəyini bildirərək, yeni layihələrin daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələrini verib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 486
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır